17 Noyabr 2019, Bazar - 13:28

Williams ROKit-lə tərəfdaşlığı böyüdüb

Williams ROKit-lə tərəfdaşlığı böyüdüb

Müəllif: Rauf Hacıyev, redaktor

16:56 - 24 Oktyabr, 2019

Willliams komandası ROKit Drinks ilə çoxillik müqavilə bağlayıb.

F-1.az xatırladır ki, britaniyalılar bu ilin əvvəlində ROKit Phones ilə 3 illik müqavilə imzalamış və daha sonra daha iki il uzatmışdılar. Lakin F1-in ən titullu ikinci komandası bu dəfə ROKit Drinks ilə çoxillik müqavilə bağlayıb. Müqaviləyə əsasən gələn ildən şirkətin loqotipləri həm bolidin, həm də komanda formalarının üzərində olacaq.

Kler Uilyams: “ROKit Drinks ilə tərəfdaşlığımızı elan etdiyimizçün sevincliyik. Titul sponsorumuz olan ROKit Phones çətin keçən mövsümə baxmayaraq, bizimlə oldular. İndi isə tərəfdaşlığımızı daha da böyüdürük”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 70
Teqlər , ,
Paylaş

logo