S.Peres: Yarışa gözübağlı gedirik

Red Bull komandasının sürücüsü Serxio Peres yarışa hazırlıqsız gedəcəklərini deyib.

F-1.az xatırladır ki, Mayamidəki cümə sərbəst yürüşlərində xaotik hadisələr olub və sessiya tez-tez qırmızı bayraqlarla dayanıb. Belə olan halda sürücülər geribildirib toplaya bilməyiblər.

Serxio Peres: “Sessiya çox qarışıq keçdi. Medium təkərlı bir, Soft təkərlə isə iki sürətli dövrə vura bildim. Dolu çənlə, qırmızı bayraqlarda itirdiyimiz vaxtla bundan artığını etmək mümkünsüz idi. Yarışa gözübağlı gedirik. Məncə, əksəriyyət bizimlə eyni vəziyyətdədir. Burada dəyişkən havaya görə hər şey dəyişə bilər.

Trasda trayektoriyadan kənarda asfaltla ilişmə yoxdur və buna görə məyusam. Bu, məyusedicidir. Yarış buna görə pis keçə bilər. Trayektoriyadan kənara çıxan kimi ilişmə itir. Mübarizə aparmaq çətin olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*