17 Noyabr 2019, Bazar - 14:54

Rəsmən: Ron Dennis McLaren-dən ayrılıb!

Rəsmən: Ron Dennis McLaren-dən ayrılıb!

Müəllif: Elçin Zodorov, redaktor

23:54 - 15 Noyabr, 2016

Ron Dennis 35 ildir ki, tutduğu McLaren Technology Group-un prezidenti və icraçı direktoru vəzifələrindən gedib. O, səhmdarlar şurasının üzvü kimi qalacaq, lakin məcburi məzuniyyətə göndəriləcək. 2017-ci ilin yanvarından isə yeni işə başlamağı planlaşdırır…

F-1.az xatırladır ki, Ron Dennisin idarəetmə formasını bəyənməyən səhmdarlar şurası ondan istefa verməsini istəmiş, buna etiraz olaraq təcrübəli mütəxəssis məhkəməyə müraciət etmiş, lakin məhkləmə onun iddiasını rədd etmişdi.

Ron Dennis: “Mən çox təəssüf edirəm ki, TAGMumtalakat – McLaren-in iri səhmdarları  məni vəzifədən getməyə məcbur etdilər. Onlar mənim idarəetmə üslubumu arqument kimi göstərdilər, lakin bu tamamilə yalandır. Mən şirkəti hər zaman eyni qaydada idarə etmilşəm. Bu müddət ərzində şirkət avtoistehsalçıya çevrilib və ildə 850 milyon funt sterlinq gəlir əldə edib. Bu müddətdə Formula1-də ümumilikdə 20 titul qazanmışıq. Bu müddət ərzində istedadlı həmkarlarla əməkdaşlıq etmişəm və hamısına təşəkkür edirəm.

Son dövrlərdə mənə tamamilə aydın oldu ki. TAGMumtalakat şirkətləri məni gələn il McLaren-də görmək istəmirlər. İlk növbədə mənimlə çalışan 3500 insan üçün narahatam. Maraqlarımın müdafiəsi üçün direktorlar şurasındakı vəzifəmdən və əlimdəki səhmlər paketindən istifadə edəcəyəm. McLaren-lə müqaviləm başa çatdıqdan sonra texnoloji investisiya fondu qurmağı planlaşdırıram. Bunun üçün təcrübəmdən, maddi qaynaqlarımdan, son illərdə mənə gələn və mövcud vəzifəmə olan bağlılığıma görə dəyərləndirmədiyim təkliflərdən istifadə edəcəyəm”.

Xatırladaq ki, Ron Formula1 karyerasına Cooper komandasında 1965-ci ildə mexanik kimi başlamış və 1968-ci ildə Brabham komandasında baş mexanik vəzifəsinə yüksəlmişdi. 1970-ci ildə Rondel Racing komandasını quraraq aşağı seriyalarda çıxış edən Ron komandasını Formula2-yə qədər yüksəltmişdi. 1980-ci ildə Project Four (P4) layihəsi ilə McLaren komandasına qoşulan Dennis bir ildən sonra komandaya rəhbərliyi ələ keçirmişdi. Ronun başçılığı altında komanda 7 dəfə Mühəndislər Kubokunu (1984-85, 1988-91, 1998) qazanmış, komandanın beş sürücüsü 10 dəfə Dünya Çempionu tituluna (Niki Lauda (1984), Alen Prost (1985-86, 1989), Ayrton Senna (1988, 1990-91), Mika Həkkinen (1998-99) və Lyuis Həmilton (2008)) sahib çıxmışdı.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 554
Teqlər , , ,
Paylaş

logo