R.Kubitsa özünü debütant kimi hiss edəcək

Williams komandasının yeni sürücüsü Robert Kubitsa bildirib ki, Avstraliya Qran Prisində özünü debütant kimi hiss edəcək.

F-1.az xatırladır ki, polşalı sürücü son yarışına 2010-cu ilin Əbu Dabi yarışında çıxmış və 2011-ci ilin fevralında rallidə qəza keçirdiyi üçün idmandan uzaqlaşmalı olmuşdu. 34 yaşlı sürücü 8 illik fasilədən sonra Williams komandası ilə yenidən idmana qayıdır.

Robert Kubitsa: “Avstraliyada 5 mövsüm yarışmış sürücü kimi yox, əsl debütant kimi olacam. Çünki Formula1 çox dəyişib. Maşınlar çox fərqlidir. Amma mübarizə aparmaq üçün səbirsizlənirəm. Keçmişdəki kimi sürmək istəyirəm. Bunun üçün də 10 gündən bir yarışmaq lazımdır.

Həmişə yüksək səviyyədə yarışmağım mənə kömək elədi. Güclü rəqiblərlə mübarizə aparmışam və təcrübəm var. Ümid edirəm ki, bu təcrübə hesabına yenidən yüksək pillələr uğrunda mübarizə apararam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*