22 Mart 2019, Cümə - 22:37

Ötmə ehtimalını canlı yayımda dəyərləndirmək mümkün olacaq

Ötmə ehtimalını canlı yayımda dəyərləndirmək mümkün olacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:18 - 30 Noyabr, 2018

Liberty Media keçən il çempionata sahib çıxdıqdan sonra bir çox yeniliklərə imza atıb – builki canlı yayım zamanı qrafik görüntü sahəsində yeniliklər isə doğrudan da televiziya azarkeşləri tərəfindən müsbət qarşılanmışdı. Amma şirkət etdikləri ilə kifayətlənməyib, gələn il bu sahədə bizi daha möhtəşəm yeniliklər gözləyir.

F-1.az bildirir ki, bu gün Amazon Web Services Re: İnvent 2018 konfransında çıxış edən F1-in idman direktoru Ross Braun bildirib ki, gələn il canlı yayım zamanı ehtimal hesablamalar texnologiyasından istifadə olunacaq.

Beləki, bütün maşınlarda təkərlərin temperaturu və yeyilmə dərəcəsi barədə məlumata sahib olmaqla, onlar sürücülərin mübarizəsindən öncə ötmə ehtimalını ekranlara verəcəklər. Qeyd etmək lazımdır ki, əslində bu məlumat komandalarda olmur – çünki hər bir komandada yalnız öz maşınlarının məlumatları olur.

 

Ross Braun: “Real zamanda ehtimal və məlumatların təhlili texnologiyası müəyyən hadisələri qabaqlamağa imkan evrir – biz bu texnologiyadan camlı yayımda istifadə edə bilərik. Komandalarda bu məlumat olmur, amma bizdə hər bir maşından məlumat toplanır və belə müqayisələr edə bilərik.

 

Biz təkərlərin yeyilməsini göstərə bilərik, konkret sürücünün problemlərinin olmasını, pit-stop zamanının düzgün seçilməsini, strategiyanın seçilməsini başa düşməkdə azarkeşlərə kömək edə bilərik.  Biz bütün bu məlumatları azarkeşlərə göstərəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 429
Teqlər
Paylaş

logo