Mercedes-dən Antonelliyə kömək xahişi olacaqmı?

Belçika Qran Prisindən sonra Kimi Antonellinin Corc Rassell üzərində fərdi hesabda üstünlüyü 50 xala yüksəlib. Lakin Spa yarışından sonra Mercedes-in rəhbəri Toto Volff bildirib ki, Antonellinin titul qazanmasına kömək etmək üçün komanda taktikasından istifadə etməyi planlaşdırmır.

Toto Volff: “Barselonada baş verənlərdən dərs çıxarmışıq, buna görə də indi məqsədimiz bir-birimizlə mübarizə aparıb vaxt itirməməkdir. İstəmirik ki, vəziyyət daim dəyişsin və Ferrari və ya Red Bull həmin vaxt bizim arxamızda nəfəs alıb, ,nəhayət qalibiyyəti aparsın – elə də Barselonada oldu. Əgər yarışı yarımçıq tərk etməsəydi, Kimi o yarışda qalib gələrdi.

Buna görə Barselonadan sonra biz hər halda həmişə yarışdakı qələbəyə üstünlük verərdik. Və əgər qabaqda Kimi və ya Corc olsaydı, elə edərdik. Formula1-də yalnız fərdi hesab deyil, həm də Mühəndislər Kuboku önəmlidir.

Biz heç vaxt sürücülərdən heç kimin qələbəsini əlindən almarıq. Buna görə də, əgər qabaqda Corc olsaydı, çempionatda Kimidən geri olsa belə, mövsümün bu mərhələsində mübarizəyə qarışmazdıq.

Hər bir sürücünün çətin dövrləri olur, ən azı mənim işlədiyim sürücülərdə belə olub. Bu hər bir idmançı ilə baş verə bilər və belə anlarda insanı motivasiya edib ona yenidən özünəinam qazandırmaq üçün vasitə tapmaq lazımdır.

Corcun öz yanaşması var və mən ona mütləq kömək etməyə çalışıram. Mən onu çoxdan tanıyıram və onun indi nə hiss etdiyini anlayıram. Komanda onu yüz faiz dəstəkləyir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*