L.Həmilton: “Xatırladığım ən gözəl pouldur!”

Lyuis Həmilton Sinqapurda poul qazandıqdan sonra bildirib ki, bugünkü nəticə xatırladığı ən gözəl çıxışıdır.

F-1.az xatırladır ki, Lyuis bu gün karyerasında 79-cu poulunu qazanıb və ən yaxşı rəqibini 0.3 saniyə qabaqlayıb…

Lyuis Həmilton: “İnanılmaz nəticədir! Hələ də təsəvvür edə bilmirəm ki, bu dövrə necə alındı – yəqin bütün sektorları toplaya bildim. Komandaya təşəkkür edirəm, əməkdaşlarımız yorulmadan yeniliklər üzərində işləyirlər, mən isə vahid dövrədə bütün bacarığımı ortaya qoydum!

Burada bu qədər azarkeş görmək xoşdur! Sinqapur trası möhtəşəmdir və burada mən xüsusi hisslər keçirirəm. Sürətli dövrədə heç bir səhvə yol vermədim və tam limitlərdə sürdüm – çox güman ki, xatırladığım ən güclü poulumdur. Deyəsən, azarkeşlərin də xoşuna gəldi bu dövrəm!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*