L.Həmilton: “Bolidimizi idarə etmək çətindir”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, W09-u idarə etmək W08-dən qat-qat çətindir.

F-1.az xatırladır ki, “gümüşü oxlar” mövsümə istənilən səviyyədə başlaya bilməyiblər və ilk qələbələrini mövsümün 4-cü yarışı Bakıda qazanıblar.

Lyuis Həmilton: “Bolidi bir az yaxşılaşdırmalı və idarəetməsini asanlaşdırmalıyıq. Qətiliklə, keçənilki kimi rahat deyil. Üzərində işləməliyik. Hələ də geridəyik. Kimi Bakıda az qala poul alırdı. Sebastyanı qabaqlamağa yaxın idi. Ferrari saf sürət cəhətdən bizdən öndədir. Onların yarış tempi də bizdən güclüdür. Lakin mübarizənin içindəyik və bolidimiz bərbad gündə deyil”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*