D.Hill: Red Bull Mercedes qədər hegemon deyildi

Sabiq Formula1 sürücüsü Deymon Hill düşünür ki, Red Bull komandası 2022-ci ildə Mercedes-in hegemon dövrləri kimi üstün olmayıb.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” 2022-ci ildə 22 yarışdan 17-də qalib gələrək, hər iki cəbhədə titulu bayram ediblər.

Deymon Hill: “Red Bull-da Mercedes-in 2014-cü ildəki üstünlüyü yoxdur. Mercedes elə güclü idi ki, mövsümün əvvəlində bunu gizlətdilər, çünki rəqib komandalar onlara qarşı birləşə bilərdilər.

2022-ci ildə isə Ferrari Red Bull-dan çox uzaqda deyildi. Tam potensiallarını bilmirik, amma rəqibləri onlara yaxındırlar. Bundan başqa Braziliyada Mercedes güclü idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*