C.Palmer: “Qəza öz səhvimdən oldu”

Rusiya Qran Prisinin sıralnma turunun ilk sessiyasında qəza edən Colion Palmer səhvi öz üzərinə götürüb.

F-1.az xatırladır ki, britaniyalı sürücü Bəhreyn Qran Prisinin son sessiyasına qalaraq, karyerasında bir ilkə imza atsa da, Rusiyada sıralanma turunda yerində fırlanaraq baryerlərə çırpılıb.

Colion Palmer: “Sərbəst yürüşlərdə vaxt itirdikdən sonra buradan yaxşı nəticə gözləmirdim. Bolid sıralanma turunda əla görünürdü. Təkərlərdən istədiyimi almağa başlamışdım. Amma son dəqiqələrdə maksimum həddə gedərkən bolidin arxa tərəfini itirdiyim üçün baryerlərə çırpıldım. Melburndan sonra bu yarışda da işlər istədiyim kimi getmədi və problemlər sıralanma turunda da davam etdi. Ümid edirəm ki, yarışda tempim yaxşı olar və ən azından xal qazana bilərəm. Hülkenberq əla iş gördü və bolidin potensialını göstərdi. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*