A.Covinatsi: Maks rəqibi Şarldan aqressivdir

Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi bildirib ki, Şarl Lekler rəqibi Maks Ferstappen qədər aqressiv deyil.

F-1.az bildirir ki, Lekler və Ferstappen kartinq dövründən rəqib olublar. Hazırda isə Formula1-də mübarəizə aparırlar və keçən il bir neçə dəfə təkər-təkərə mübarizə aparıblar.

Antonio Covinatsi: “Həm Maksla, həm də Şarlla aşağı seriyalarda yarışmışam. İkisi də çox güclüdür. Formula1-də yüksək səviyyəyə gəldiyinizdə fərqlər də azalır. Bəlkə, Maks daha aqressivdir. Amma Şarl da aqressivdir. İkisi də yaşlarına görə çox güclüdürlər. Ferrari və Red Bull kimi güclü komandalar onlara şans veriblər. Onlar da bu şansı dəyərləndirdilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*