V.Bottasın gizli planı nədir?

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, gələn il Həmiltonu məğlub etmək üçün gizli planı var.

F-1.az xatırladır ki, finlandiyalı sürücü bu il 4 yarış qazansa da, ikinci yerlə kifayətlənməli olub.

Valtteri Bottas: “Düzünü desəm, belə suallardan bezmişəm. Çünki hamı təkdir. Mən Valtteriyəm, Niko deyiləm və onun kimi psixoloji oyunlar oynaya bilmərəm. Hədəfimə çatmaq üçün yollar axtarıram və hədəfim çümpionluqdur. Bunun üçün də komanda yoldaşımı məğlub etməliyəm. Mən həmişə trasda mübarizə aparmağı seçirəm. Əgər enerjimi başqa yerə sərf etsəm, performansım düşər. Güclü çıxış etsəm, boksun digər tərəfində narahatlıqlar başlayar. Gələn il üçün planım var və bunu gizli tuturam. Görək necə olur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*