S.Fettel: “Hələ də zəifik”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel düşünür ki, Mercedes onlardan daha sürətlidir.

F-1.az xatırladır ki, Kanadadakı cümə sərbəst yürüşlərində Ferrari komandasının sürücüləri ilk iki yeri tutublar. Fettel gənc komanda yoldaşı Leklerdən 0.074 saniyə geridə qalııb. Mercedes komandasından Bottas lider Leklerdən 0.134 saniyə zəif olub. Qəza edən Həmilton isə 6-cı yeri tutub.

Sebastyan Fettel: “Biz ən sürətli komanda deyilik. Nahardan sonrakı nəticələr vahid dövrə performansında keçərlidir, amma Mercedes-lə aramızda böyük fərq var. Sözün düzü, rəqiblərimiz də problemlər yaşadılar. Bolid hələ də istədiyimiz kimi deyil.

Sessiya qəribə oldu. Tras sürüşkən idi və ilk dəqiqələrdə çirkli idi. Lakin tras həftəsonu ərzində təkmilləşəcək. Görək necə olur. Təkərlər də çox dözmədilər. Görək sabah nə edirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*