25 Avqust 2019, Bazar - 07:04

R.Braun: “Bizə keyfiyyətli yarışlar lazımdır”

R.Braun: “Bizə keyfiyyətli yarışlar lazımdır”

Müəllif: Rauf Hacıyev, redaktor

21:14 - 29 Yanvar, 2017

Formula1-in idman direktoru Ross Braun bildirib ki, təqvimdə çox yarışa ehtiyac yoxdur. Həyəcanlı yarışlara ehtiyac var.

F-1.az xatırladır ki, son illərdə Formula1-də yarış sayında ciddi artım var və Liberty Media gəldikdən sonra yarışların sayının 25-ə çıxması gözlənilir. Hazırda təqvimdə 20 yarış var və gələn il Fransa və Almaniyanın təqvimə qayıtması ilə bu say 22-yə yüksələcək.

Xatırladaq ki, Cənubi Afrika Respublikası da Kyalami trası ilə Formula1-ə qayıtmaq istəyir. Liberty Media isə idmana ikinci və üçüncü Amerika QP-ni gətirmək istəyir…

Ross Braun: “Liberty məndən maksimum yarış sayı mövzusunda nə düşündüyümü soruşdu. Mən düşünürəm ki, say və keyfiyyəti balanslaşdırmalıyıq. Əmin olmalıyıq ki, biz sadəcə yarışlara sahib deyilik. Bu yarışlar yaxşı yerlərdə, yüksək keyfiyyətdə və həyəcanlı olmalıdır. Əsas düşünməli olduğumuz şey yarış qrafikinin sıxlığı olmalıdır. Bu mövzuda da işləri balanslaşdırmalıyıq. Komandalara da kömək etməliyik və onlara dəstək verməliyik. Nəticədə 20 və 21 yarış işçilər və mühəndislər üçün çətindir. Səyahət edənlər üçün çətindir.

Daha çox yarış keçirtməmək üçün heç bir səbəb yoxdur. Amma komandaların hazırkı quruluşu ilə daha çox yarış keçirə bilmərik. Əgər etsək, bu quruluşu pozmuş olarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 457
Teqlər , , ,
Paylaş

logo