26 İyun 2019, Çərşənbə - 14:09

N.Lauda yenidən xəstəxanaya düşüb

N.Lauda yenidən xəstəxanaya düşüb

Müəllif: Rauf Hacıyev, redaktor

16:13 - 06 Yanvar, 2019

Mətbuatda çıxan xəbərlərə əsasən, Niki Lauda qrip olduğu üçün yenidən xəstəxanaya qayıdıb.

F-1.az xatırladır ki, üçqat Dünya Çempionu 2018-ci ilin yay aylarında xəstəxanaya düşmüş və ona yeni ağciyər köçürülmüşdü. Mətbuatın verdiyi xəbərə əsasən, 69 yaşlı Lauda qrip olduğu üçün yenidən xəstəxanaya aparılıb. Qeyd edək ki, əfsanəvi sürücünün orqanizmi ağciyər köçürülməsindən sonra əvvəlki kimi güclü deyil. Həkimlər üçqat Dünya Çempionunun qriplə mübarizə edə bilməyəcəyindən qorxurlar. Buna görə də hər ehtimala qarşı xəstəxanaya aparılıb. Xəstəxanadan verilən xəbərə əsasən, Lauda gələn həftə evinə buraxılacaq.

Deyilənə görə, Lauda İbitsada Yeni ili qeyd edərkən xəstəlik üzə çıxıb və İbitsadan ayrılaraq Avstriyada xəstəxanaya gəlib.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 262
Teqlər
Paylaş

logo