N.Lauda Ferrari-nin uğursuz çıxışının səbəbini açıqlayıb

Sabiq üç qat dünya çempionu Niki Lauda Ferrari-nin uzun illər ərzdində təzyiq altında qaldığını, bunun da komandaya pis təsir etdiyini düşünür.

F-1.az xatırladır ki, Ferrari sonuncu dəfə sürücülər çempionluğunu 2007-ci ildə, mühəndislər kubokunu isə 2008-ci ildə əldə edib. Sonuncu qələbəni və poulu 2015-ci ildə qazanan komanda çempionluq hədəfi ilə başladığı bu mövsümdə hələ də qalib gələ bilməyib.

Ferrari ilə çempion olmuş Niki Lauda komandanın uğursuzluğu ilə bağlı öz fikirlərini bölüşüb: “Ferrari-nin yaşadığı problemlər komandanın genində var. Problemlər üzə çıxdıqda duyğularına qapılaraq tələsik reaksiya verirlər. Hər şey qaydasında olduqda isə, onlardan arxayınlıq yaranır və hədəflərindən uzaq düşürlər. Komanda çətin vəziyyət qarşısında üzərində təzyiq hiss edir. Həm komanda daxilində, həm də kənarda tələsik qərarlar verirlər.

Belə etmək əvəzinə, hər şeyi diqqətli şəkildə düşünüb, proqramlarını inkişaf etdirməyə yönəlsələr, vəziyyət daha yaxşı olar. Lakin onlar bunu etmirlər. Problemi yarandığı anda həll etmək istəyirlər. Bu da onlarda çaşqınlıq yaradır və vəziyyət daha da qəlizləşir…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*