G.Berger: Fettel DTM-ə gələ bilər

Sabiq Formula1 sürücüsü və hazırda DTM-in rəhbəri olan Gerhard Berger bildirib ki, Fettel növbəti il DTM-də çıxış edə bilər.

F-1.az xatırladır ki, almaniyalı sürücü ilin sonunda Ferrari ilə yollarını ayıracaq. Lakin dördqat Dünya Çempionunun Renault komandasından başqa real şansı yoxdur.

Gerhard Berger: “Ferrari-də çempion ola bilməyib deyə Fettel özündə günah axtarmamalıdır. Bunu sadəcə Şumaxer və Lauda davamlı olaraq bacara bilmişdilər. Ancaq Sebastyan daha əvvəl 4 dəfə Çempion olub və istənilən çətinliklə bacara bilər. Belə uğurlu karyerası olan az sürücü var.

Növbəti mövsüm DTM-ə də gələ bilər. Niyə də yox? Burada ən yaxşı maşını sürəcək və rəqibləri ilə mübarizə aparacaq. Onsuz da Formula1-də yaxşı alternativləri qalmayıb. Güclü komandaya getmək istəyir və tək seçimi Mercedes-dir. Ancaq orada da yerlər belə görünür ki, dolubdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*