B.Bell: “Bakıda bizi çətin yarış gözləyir”

Renault komandasının texniki direktoru Bob Bell rəqibləri McLaren-lə sıx mübarizə gözləyir.

F-1.az xatırladır ki, McLaren hazırda 28 xalla 4-cü, Renault isə 25 xalla 5-ci yerdədir.

Bob Bell: “McLaren-lə olan mübarizəmizdə hazırkı vəziyyətimizdən razıyam. Mövsümə yaxşı başladıq, lakin hər şey istədiyimiz kimi deyil. Sözün açığı, mövsümün əvvəlində onların önündə olacağımızı düşünürdük. Ancaq Formula1 dəqiq elm deyil və belə şeyləri proqnozlaşdırmaq asan olmur. Qış testlərindən sonra öndəki komandalarla fərqlərin azalmasını gözləsək də, fərq əksinə artdı. Buna görə çox məyusuq. Bakıdakı yarışda da problem yaşamasalar, ön qupdakı 6 sürücü bir-biri ilə mübarizə aparacaq. Bizi çətin yarış gözləyir”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*