23 Sentyabr 2017, Şənbə - 09:32

Malayziya Qran Prisi: İkinci sərbəst yürüşlər

Malayziya Qran Prisi: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:00 - 27 Mart, 2015

Quru. Günəşli. Havanın temperaturu +33°-34° C, trasın temperaturu +53°-59° C Nahardan sonra trasın asfalt örtüyü görünməmiş dərəcəyə çatıb – Sepanqda […]

Quru. Günəşli. Havanın temperaturu +33°-34° C, trasın temperaturu +53°-59° C

Nahardan sonra trasın asfalt örtüyü görünməmiş dərəcəyə çatıb – Sepanqda asfalt örütüyünün hərarəti +60 dərəcyə yaxınlaşıb. Ona görə də təkərlərin effektivliyini qiymətləndirmək çətin olub.

İlk sessiyada problemlər üzündən işləməyən Lyuis nahardan sonra boksda vaxt itirməli olub. Britaniyalı startdan yarım saat sonra trasa çıxsa da, tezliklə yenidən maşınını mexaniklərə verməli olub – bu dəfə maşında telemetriya sıradan çıxıb. Qrojan da 7 dövrədən sonra kokpiti tərk etməli olub. Kvyat sessiyanın yarısını, komanda yoldaşı Rikkardo isə daha çox hissəsini gözləməli olublar – hər iki Red Bull maşınında ötürmələr qutusunun problemləri üzə çıxıb.

Sessiya qırmızı bayraqlarla dayandırılıb – Roberto Merhi 11-ci döngədə səhvə yol verərək trasdan çıxıb və çınqıllı zonada ilişib qalıb. Bir neçə dəqiqə sonra eyni yerdə Fettel də tarsdan çıxıb, amma almaniyalı sürücü trasa qayıda bilib və işini davam etdirib.

Komandalar Medium təkərlərlə sürətli nəticələr göstərdikdən sonra daha ağır maşınlarla yarışa hazırlığı davam etdiriblər. İsti havada uzun dövrələr seriyasında təkərlərin effektivliyini qiymətləndirmək vacib əhəmiyyət kəsb edir. Amma təkər tərkibləri arasında sürət fərqi Pirelli-nin proqnozundan yarım saniyə az olub və 0.8-0.9 saniyə təşkil edib.

Lyuis Həmilton qısa dövrələr seriyasında göstərdiyi nəticə ilə protokollara başçılıq edib, Rəykkönen yenə də ikinci olub – f-1.az xatırladır ki, nahardan əvvəl də Ferrari sürücüsü Mercedes AMG sürücüsünə cəmi 0.373 saniyə uduzmuşdu. Sabah səhər sürücülər trasa son məşqə çıxacaqlar…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01L.HəmiltonMercedes AMGMercedes1:39.79016
02K.RəykkönenFerrariFerrari1:40.1630.37329
03N.RosberqMercedes AMGMercedes1:40.2180.42826
04D.KvyatRed BullRenault1:40.3460.55617
05V.BottasWilliamsMercedes1:40.4500.66031
06F.MassaWilliamsMercedes1:40.5600.77027
07S.FettelFerrariFerrari1:40.6520.86229
08M.FerstappenToro RossoRenault1:41.2201.43030
09M.EriksonSauberFerrari1:41.2611.47130
10D.RikkardoRed BullRenault1:41.7992.0098
11P.MaldonadoLotusMercedes1:41.8772.08715
12F.NasrSauberFerrari1:41.9882.19830
13S.PeresForce İndiaMercedes1:42.2422.45224
14K.SaynsToro RossoRenault1:42.2912.50131
15N.HülkenberqForce İndiaMercedes1:42.3302.54028
16F.AlonsoMcLarenHonda1:42.5062.71625
17C.BattonMcLarenHonda1:42.6372.84724
18R.QrojanLotusMercedes1:42.9483.1587
19U.StivensManorFerrari1:45.7045.91412
20R.MerhiManorFerrari1:47.2297.4396

Malayziya Qran Prisi: İkinci sərbəst yürüşlər

Malayziya Qran Prisi: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:06 - 28 Mart, 2014

Quru. Günəşli. Havanın temperaturu +33°-34° C, trasın temperaturu +48°-51° C Nahardan sonra komandalar maşının sazlanması və uzun məsafədə hər iki […]

Quru. Günəşli. Havanın temperaturu +33°-34° C, trasın temperaturu +48°-51° C

Nahardan sonra komandalar maşının sazlanması və uzun məsafədə hər iki təkər tərkibinin effektliyinin qiymətləndirilməsi üzərində işlərini davam etdiriblər. Gözlənildiyi kimi, Hard və Medium tərkiblərinin sürət fərqi bir saniyədən çox olub, eyni zamanda gün altında qızmış cod asfalt üzərində təkər yeyilməsi də çox olub.

Komandalar ciddi insidentlər yaşamayıblar, amma Lotus yenə də günü əldən verib – nahara qədər Maldonado və Qrojan iki nəfərə 6 dövrə vurmaqla sürətli dövrə göstərə bilməmişdilər, nahardan sonra isə Pastor boksu tərk etməyib, Roman isə 14 dövrə vurub və ötürmələr qutusunun problemləri üzündən trasda dayanmalı olub. Kobayaşi də boksu tərk etməyib – enerji toplayıcısının ikmtinası və yağ sızması üzündən yaponiyalı sürücü gün ərzində cəmi 5 dövrə vura bilib, onun komanda yoldaşı Markus Erikson isə proqramı tam yerinə yetirib.

Sessiyanın əvvəlində Maks Çilton trasdan çıxıb – maşın təxliyə olunub, Jan Erik Vern yerində fırlanıb, son dəqiqələrdə isə Daniel Rikkardo otluğa çıxıb.

Protokollara Niko Rosberq başçılıq edib – 1:39.909, nəticələr çox sıx alınıb, ilk 11 sürücü bir saniyəyə yerləşib…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01N.RosberqMercedes AMGMercedes1:39.90930
02K.RəykkönenFerrariFerrari1:39.944+ 0.03530
03S.FettelRed BullRenault1:39.970+ 0.06130
04L.HəmiltonMercedes AMGMercedes1:40.051+ 0.14232
05F.AlonsoFerrariFerrari1:40.103+ 0.19429
06F.MassaWilliamsMercedes1:40.112+ 0.20334
07D.RikkardoRed BullRenault1:40.276+ 0.36729
08C.BattonMcLarenMercedes1:40.628+ 0.71928
09V.BottasWilliamsMercedes1:40.638+ 0.72935
10N.HülkenberqForce İndiaMercedes1:40.691+ 0.78234
11J.E.VernToro RossoRenault1:40.777+ 0.86833
12K.MaqnussenMcLarenMercedes1:41.014+ 1.10520
13A.SutilSauberFerrari1:41.257+ 1.34828
14D.KvyatToro RossoRenault1:41.325+ 1.41632
15E.QutyerresSauberFerrari1:41.407+ 1.49834
16S.PeresForce İndiaMercedes1:41.671+ 1.76225
17R.QrojanLotusRenault1:42.531+ 2.62214
18M.ÇiltonMarussiaFerrari1:43.638+ 3.72920
19J.ByankiMarussiaFerrari1:43.752+ 3.84329
20M.EriksonCaterhamRenault1:45.703+ 5.79431
21K.KobayaşiCaterhamRenault
22P.MaldonadoLotusRenault

Malayziya Qran Prisi: İkinci sərbəst yürüşlər

Malayziya Qran Prisi: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:11 - 04 Aprel, 2013

Sessiyanın birinci yarısı quru, ikinci yarısı yağış. Buludlu. Havanın temperaturu +31°-32° C, trasın temperaturu +33°-40° C Fasilədən sonra komandalar sazlanma […]

Sessiyanın birinci yarısı quru, ikinci yarısı yağış. Buludlu. Havanın temperaturu +31°-32° C, trasın temperaturu +33°-40° C

Fasilədən sonra komandalar sazlanma axtarışını davam etdirməklə, isti asfalt üzərində hər iki təkər tərkibinin effektliyini müqayisə edə biliblər. Hərçənd, sessiyanın yarısından sonra kiçik yağış yağdığı üçün komandalar məhsuldar işləyə bilməyiblər.

Sürücülər yağış və keçid təkərlərini də yoxlayıblar, sonra sfalt quruyub və yenidən maşınlara sliklər taxılıb. Kimi Rəykkönenin yağışa qədər göstərdiyi nəticəni heç kim yaxşılaşdıra bilməyib – 1:36.569.

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01K.RəykkönenLotusRenault1:36.56928
02S.FettelRed BullRenault1:36.588+ 0.01927
03F.MassaFerrariFerrari1:36.661+ 0.09233
04F.AlonsoFerrariFerrari1:36.985+ 0.41623
05M.UebberRed BullRenault1:37.026+ 0.45729
06R.QrojanLotusRenault1:37.206+ 0.63726
07N.RosberqMercedes AMGMercedes1:37.448+ 0.87932
08P.di RestaForce İndiaMercedes1:37.571+ 1.00230
09L.HəmiltonMercedes AMGMercedes1:37.574+ 1.00532
10A.SutilForce İndiaMercedes1:37.788+ 1.21910
11S.PeresMcLarenMercedes1:37.838+ 1.26921
12C.BattonMcLarenMercedes1:37.865+ 1.29629
13N.HülkenberqSauberFerrari1:38.068+ 1.49931
14E.QutyerresSauberFerrari1:38.645+ 2.07623
15J.E.VernToro RossoFerrari1:38.738+ 2.16931
16P.MaldonadoWilliamsRenault1:38.801+ 2.23227
17D.RikkardoToro RossoFerrari1:38.904+ 2.33531
18J.ByankiMarussiaCosworth1:39.508+ 2.93930
19V.BottasWilliamsRenault1:39.660+ 3.09128
20Ş.PikCaterhamRenault1:40.757+ 4.18829
21Q.van der QardeCaterhamRenault1:40.768+ 4.19932
22M.ÇiltonMarussiaCosworth1:41.438+ 4.86923

Malayziya Qran Prisi: İkinci sərbəst yürüşlər

Malayziya Qran Prisi: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:32 - 24 Mart, 2012

Quru. Buludlu. Havanın temperaturu +30° C, trasın temperaturu +46° C Sinoptiklər nahardan sonra yağış vəd etsələr də, sessiya quru asfalt […]

Quru. Buludlu. Havanın temperaturu +30° C, trasın temperaturu +46° C

Sinoptiklər nahardan sonra yağış vəd etsələr də, sessiya quru asfalt üzərində keçib – sürücülər səhər başladıqları proqramlar üzrə işlərini davam etdiriblər: müxtəlif sazlanmların və cod asfalt üzərində təkərlərin effektliyi qiymətləndirilib.

Problemsiz ötüşməyib – sonuncu döngədə trasdan çıxmış di Restanın maşını üzərində mexaniklər uzun müddət işləməli olublar, Kobayaşinin maşınında isə ötürmələr qutusu imtina edib. Kovalaynenin maşınında da nasazlıqlar üzə çıxıb.

Səhər olduğu kimi protokollara Lyuis Həmilton başçılıq edib, amma onun nəticəsi səhər göstərdiyi nəticədən zəif olub – bu dəfə sürücülər əsan dolu yanacaq çənləri ilə işləyiblər…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01L.HəmiltonMcLarenMercedes1:38.17228
02M.ŞumaherMercedes AMGMercedes1:38.533+ 0.36134
03C.BattonMcLarenMercedes1:38.535+ 0.36330
04N.RosberqMercedes AMGMercedes1:38.696+ 0.52434
05D.RikkardoToro RossoFerrari1:38.853+ 0.68133
06F.AlonsoFerrariFerrari1:38.891+ 0.71927
07M.UebberRed BullRenault1:39.133+ 0.96129
08J.E.VernToro RossoFerrari1:39.297+ 1.12533
09R.QrojanLotusRenault1:39.311+ 1.13922
10S.FettelRed BullRenault1:39.402+ 1.23025
11P.MaldonadoWilliamsRenault1:39.444+ 1.27235
12N.HülkenberqForce İndiaMercedes1:39.464+ 1.29226
13P.di RestaForce İndiaMercedes1:39.625+ 1.45320
14K.KobayaşiSauberFerrari1:39.687+ 1.51516
15K.RəykkönenLotusRenault1:39.696+ 1.52429
16F.MassaFerrariFerrari1:40.271+ 2.09928
17B.SennaWilliamsRenault1:40.678+ 2.50634
18S.PeresSauberFerrari1:40.947+ 2.77533
19V.PetrovCaterhamRenault1:41.464+ 3.29225
20T.QlokMarussiaCosworth1:41.681+ 3.50920
21H.KovalaynenCaterhamRenault1:42.594+ 4.42218
22Ş.PikMarussiaCosworth1:42.874+ 4.70224
23N.KartikeyanHRTCosworth1:43.658+ 5.48618
24P.de la RosaHRTCosworth1:43.823+ 5.65122

Malayziya Qran Prisi: İkinci sərbəst yürüşlər

Malayziya Qran Prisi: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:09 - 08 Aprel, 2011

Quru. Buludlu. Havanın temperaturu +32° C, trasın temperaturu +50° C Nahardan sonra trasın vəziyyəti yaxşılaşıb, sürətlər artıb və komandalar yarışın […]

Quru. Buludlu. Havanın temperaturu +32° C, trasın temperaturu +50° C

Nahardan sonra trasın vəziyyəti yaxşılaşıb, sürətlər artıb və komandalar yarışın strategiyası üzərində işləməyə başlayıblar. Göyün üzünü bir neçə dəfə qara buludlar örtsə də, yağış yağmayıb.

Səhər olduğu kimi, protokollara Mark Uebber başçılıq edib. Red Bull və McLaren sürücüləri ilk dördlüyü zəbt ediblər – Sebastyan Fettel dördüncü olub və Marka 0.2 saniyə uduzub.

Lotus Renault GP komandası uzun müddət səhər yaranmış problemin səbəbini araşdırıb, ona görə də sürücülər yalnız sessiyanın sonuna yaxın trasa çıxa biliblər.

Vitantonio Liutsinin maşınında motor sönüb, Pastor Maldonado isə qəzaya uğrayaraq maşını dağıdıb, Jerom D’Ambrosio isə trasa çıxmayıb…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01M.UebberRed BullRenault1:36.87624
02C.BattonMcLarenMercedes1:36.881+ 0.00530
03L.HəmiltonMcLarenMercedes1:37.010+ 0.13423
04S.FettelRed BullRenault1:37.090+ 0.21430
05M.ŞumaherMercedes GPMercedes1:38.088+ 1.21226
06F.MassaFerrariFerrari1:38.089+ 1.21331
07N.RosberqMercedes GPMercedes1:38.565+ 1.68925
08N.HaydfeldLotus Renault GPRenault1:38.570+ 1.69416
09F.AlonsoFerrariFerrari1:38.583+ 1.70727
10X.AlgersuariToro RossoFerrari1:38.846+ 1.97031
11P.MaldonadoWilliamsCosworth1:38.968+ 2.09225
12R.BarrikelloWilliamsCosworth1:39.187+ 2.31130
13V.PetrovLotus Renault GPRenault1:39.267+ 2.39117
14K.KobayaşiSauberFerrari1:39.398+ 2.52229
15S.PeresSauberFerrari1:39.603+ 2.72734
16P.di RestaForce İndiaMercedes1:39.625+ 2.74931
17A.SutilForce İndiaMercedes1:39.809+ 2.93328
18S.BuemiToro RossoFerrari1:40.115+ 3.23931
19T.QlokMarussia VirginCosworth1:40.866+ 3.99024
20Y.TrulliTeam LotusRenault1:41.890+ 5.01419
21N.KartikeyanHispaniaCosworth1:43.197+ 6.32115
22V.LiutsiHispaniaCosworth1:43.991+ 7.11514
23H.KovalaynenTeam LotusRenault1:44.886+ 8.0104
24J.D’AmbrozioMarussia VirginCosworth

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 147
Teqlər , , , , , ,
Paylaş

logo