X.F.Qonsales dünyasını dəyişib

Ferrari üçün Qran Pridə ilk qələbə sevincini yaşatmış Xose Froylan Qonsales 90 yaşında dünyasını dəyişib. Xose həmyerlisi və dostu Xuan Manuel Fanxiodan 11 yaş balaca idi və yarışlara gələnə qədər bir çox idman növlərində gücünü sınamışdı.

1951-ci ildə Silverstounda Qonsalesin qazandığı qələbə Ferrari-nin Formula1-də uğurlu tarixinin əsasını qoyub – 2011-ci ildə Skuderiya bu qələbənin 60 illiyini qeyd etmişdi. 1954-cü ildə Xose “Lə Manın 24 saatı” əfsanəfi marafonunda da qələbə qazanmışdı, sonuncu yarışını isə 1960-cı ildə doğma vətənində keçirmişdi…

F-1.az bildirir ki, Qonsalesin vəfatından sonra ən yaşlı Qran Pri qalibi Cək Brəbhəm sayılır – hazırda onun 87 yaşı var…

jose-2
jose-3
jose-4
jose-5

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*