20 Avqust 2019, Çərşənbə axşamı - 02:44

V.Bottas: “Paketə görə geri qaldım”

V.Bottas: “Paketə görə geri qaldım”

Müəllif: Rauf Hacıyev, redaktor

21:38 - 31 Mart, 2019

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Bəhreyn yarışında ön qanadına ilişən paket onu geridə qoyub.

F-1.az xatırladır ki, finlandiyalı sürücü mükəmməl startla ikinci yerə yüksəlsə də, təkərlərini blokladığı üçün 4-cü yerə düşüb. Daha sonra Ferrari-lərin problem yaşaması ilə ikinci olub.

Valtteri Bottas: “Yarışda tempi qorumaq çətin idi. Ancaq bəzən mübarizə apardım. Amma arxadan gələn rəqibim olmayanda və öndəkilərə çata bilməyəndə mühərriyi qoruya bildim. Ön qanadıma ilişən və performansımı azaldan paket kimi plastik bir şey var idi. Yarış mükəmməl olmasa da, bəxtimiz gətirdi. Keçənilki uğursuzluqlarımdan sonra ayağıma gələn bəxti dəyərləndirməli idim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 256
Teqlər
Paylaş

logo