Şarl Lekler: Hər şey qaydasındadır

Ferrari üçün bu gün iki xoş xəbər var: Monzada baş vermiş qəza zamanı Şarl Leklerin maşınındakı güc qurğusu zədələnməyib və bundan sonra da istifadə oluna bilər, sürücü isə lazım olan müayinələrdən heç bir irad olmadan keçib və sabah Qran Pridə iştiraka buraxılmalıdır.

Şarl Lekler: “Monzadakı həftəsonu heç də istədiyim kimi başa çatmadı. Fiziki baxımdan zərbə xoşagəlməz idi, amma mənimlə hər şey qaydasındadır. Emosional olaraq isə bu hadisənin məhz burada, ev trasında, sizin – azarkeşlərimizin gözləri qarşısında baş verməsi məni çox sarsıdır.

Məni bu qədər səmimi qarşıladığınız və göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm. Bunu hamınızla birlikdə yaşamaq, həqiqətən də, çox xüsusi hissdir”.