R.Qrojan: “Bizə paxıllıq edirlər”

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, rəqibləri onları paxıllıqdan tənqid edirlər... .

F-1.az xatırladır ki, fransalı sürücü Avstraliyada 6-cı, Bəhreyndə isə 5-ci yerləri tutaraq komandasına qızıl dəyərində xallar qazandırıb.

Amma Haas komandasının bəzi rəqibləri onları Ferrari-dən detal aldıqları üçün əsl istehsalçı olmadığını deyirlər və konseptlərini sorğulayırlar.

Amma Qrojan bildirib ki, Haas komandası idman üçün xeyirli işlər görür və digərləri bunu tənqid etməməlidirlər.

Fransalı sürücü bildirib ki, rəqibləri onların uğurlarını qısqanırlar: “Rəqiblərimiz bizi 2 cür dəyərləndirirlər. Birinci Kler Uilyams tərzidir. Vəziyyət yaxşıdır, yeni komanda, özü də amerikalıların komandası Formula1-ə gəlir və uğurlu olur. Böyük bir ölkədə Formula1-i populyarlaşdırır.

Vəziyyət belə olanda, başqa komandalar da Formula1-də iştirak etmək üçün ilhamlanırlar və mən əminəm ki, 24, 26 və 28 bolid olan peletonu hamımız görmək istəyərik. Bu əla olar.

Bir də paxıllıq edənlər var, çünki onlar bizim kimi uğurlu ola bilməyiblər. Bizim Ferrari şassisiylə yarışdığımızı iddia edirlər və deyirlər ki, bu düzgün deyil. Yaxşı görək də. Bu – Formula1-dir”.

Qrojan bildirib ki, Ferrari-nin Haas komandasına etdiyi kömək ilə keçən il Mercedes AMG-nin Lotus komandasına etdiyi kömək eynidir: “Keçən il Mercedes-in Lotus-a etdiyi köməkdən fərqli deyil. Hamı bizim Ferrari bolidi ilə yarışdığımızı deyir, amma bu doğru deyil.

Qanadlara, saydpodlara və bolidin burnuna baxdığınız zaman fərqli bir fəlsəfənin olduğunu görəcəksiniz. Bu Haas-ın bolididir. Ferrari-dən bəzi mexaniki detallar aldıq və bu bizi xeyli xərcdən azad etdi, amma bolidin qalan detalları Haas-a aiddir”.

Komandanın rəhbəri Günter Ştayner bildirib ki, tənqidlərə qulaq asmır: “Hamı xoşbəxt görünür. Bu mövzu müzakirə olunmalıdır. Biz də öz performansımıza görə təəccüblənirik, amma bizə qarşı olan rəylərin əksəriyyəti müsbət yöndədir. Tənqidçilər isə həmişə olacaq və bu normal haldır.

Hamı istədiyi kimi düşünə bilər. Biz qaydalar çərçivəsində qazandığımız uğurlarımızdan razıyıq.

Dediyim kimi, hamı istədiyi kimi düşünə bilər. Buna qarşı deyiləm. İnsanlar fikirlərini bildirməlidirlər, amma mən sözün düzü müxaliflərə qulaq asmıram. Bizim işimiz yarışmaqdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*