N.Lauda xəstələnibmiş

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda xəstəliyinə görə son iki yarışda iştirak etməyib.

F-1.az xatırladır ki, Lauda 2013-cü ildə Mercedes-də işləməyə başlayandan bütün yarışlara gəlirdi. Lakin 3 qat Dünya Çempionunun Macarıstan və Almaniyada yoxluğu hiss olunub. Bəzi iddialara əsasən, Laudanın Mercedes-dən ayrılacağı deyilirdi. Amma Mercedes şirkətinin mətbuat katibi bu xəbəri təkzib edib: “Niki qrip olub və həkimlər ona dincəlməyi tövsiyə ediblər. Onu Spada aramızda görəcəyimizə ümid edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*