N.Lauda: “1976-cı ildəki qəza daha yüngül idi”

Əfsanəvi sürücü Niki Lauda bildirib ki, ağciyər köçürülməsi 1976-cı ildəki qəzasından daha ağır olub.

F-1.az xatırladır ki, üçqat Dünya Çempionuna iyul ayında ağciyər köçürülüb. Hazırda Niki bu əməliyyatdan sonra İbitsadakı evində bərpa müddəti keçir.

Niki Lauda: “Ümumilikdə yaxşıyam. Ciyərlər yaxşı işləyir və bu, vacibdir. İndi gücümü bərpa etməliyəm, çünki beş aydır yatıram. Əzələlərim əriyib. Hər gün mütəxəssislərlə məşq edirəm.

1976-cı ildə tez qayıtmışdım. İndi isə 5 aydır yatıram. Yay aylarında başladı, xəstəxanadan çıxdıqda isə qış idi. Hər gün tavandakı havalandırma borularını sayırdım. Ağciyərimə infeksiya düşmüşdü. Bunun üçün peyvənd var və hamı bunu vurdurmalıdır. İndi yenidən formaya qayıtmalıyam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*