Lando Norris: Poul xoş sürpriz oldu

Lando Norris Macarıstan Qran Prisinin təsnifatını qazanıb və karyerasında ilk dəfə hazırkı dünya çempionu statusunda poul mövqeyindən start götürəcək.

Lando Norris: “Yenidən poul qazanmağa görə çox şadam. Təsnifat asan olmadı, çünki rəqiblər çox sürətli idilər və bütün həftəsonu mübarizə çox sıx keçdi. Buna baxmayaraq, ilk dövrələrdən etibarən özümü əmin hiss edirdim.

Biz bir neçə yenilik gətirmişdik və hələlik onların dövrə vaxtına nə qədər təsir etdiyini demək çətindir, amma bu gün onlar mütləq kömək etdi. Xüsusilə birinci mövqedən başlamağın böyük əhəmiyyət kəsb etdiyi trasda poul qazanmaq xoşdur.

Doğrusu, bütün təsnifat boyunca özümü inamlı hiss edirdim. Bununla belə, son sessiyadakı dövrələr ideal alınmadı, hətta sonuncu da. Buna görə birinci yer mənim üçün xoş sürpriz oldu. Biz yaxşı işlədik, maşın əla davrandı və sükan arxasında özümü çox rahat hiss etdim.

Son cəhddə mən bir qədər daha risk etdim – bir şey alındı, bir şey alınmadı, amma əsas odur ki, bu yetərlidir. Bütün komandaya gördükləri işə görə böyük təşəkkür. İndi bütün diqqət sabahkı yarışa yönəlib.

Təbii ki, poul mövqeyindən start üstünlük verir, amma qabaqda yenə də çox çətin yarış var. Rəqiblər bütün mövsüm yaxşı start götürür və yüksək sürət göstərirlər. Bundan əlavə, təsnifatın ilk hissəsində Ferrari Medium təkərlərindən istifadə edib, ona görə də maraqlıdır hansı tərkiblə yarışı başlayacaqlar. Bu baxımdan onlarda müəyyən üstünlük ola bilər.

Bu gün öz vəzifəmizi yerinə yetirdik və mən bundan razıyam. İndi sabaha yaxşı hazırlaşmaq lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*