Kimi Antonelli: “Mənim dövrəmə gəldikdə, doqquzuncu döngədə küləyin rolu mənə təxminən 0.1 saniyə baha başa gəldi. Sonuncu döngədə təxminən 0.15 saniyəni geri qazanmaq olardı, amma maşının potensialını tam realizə edə bilmədim – trasla kifayət qədər ilişmə yox idi.
Bundan əlavə, son dövrəyə girəndə sarı bayraqlar çıxdı. Mən əlimdən gələni etdim, sürəti azaltdım və əvvəlki dövrələrlə müqayisədə vaxt itirdim. Təbii ki, çox təəssüf edirəm – üçüncü yer tamamilə real görünürdü. Amma poul mövqeyinə çatmaq üçün ehtimal ki, yenə də yetməzdi. Yəqin ki, Landoya təxminən 0.05 saniyə uduzardım.
Bu il başa düşdüm ki, belə tipli traslarda və bu maşınla ilk məşqi buraxmamaq daha yaxşıdır. Məhz o məşq zamanı ritmə düşməyə başlayırsan, ona görə ilk cümə sessiyasını buraxmaq səni daha əlverişsiz vəziyyətə qoyur, xüsusən də bu həftəsonu kimi çətin şəraitdə. Hər halda, indi gənc sürücülər üçün tələb olunan bütün məşqlər arxada qaldı və mövsümün sonuna qədər bunun barədə daha çox düşünməli olmayacağam.
Təbii ki, əgər ilk məşqdə iştirak etsəydim, maşının potensialını bəlkə daha yaxşı üzə çıxara və bir az fərqli tənzimləmələr seçə bilərdim. Amma biz əlimizdən gələnin hamısını etdik və mən hesab edirəm ki, komanda öz işini yaxşı yerinə yetirdi.
Mən yarışı səbirsizliklə gözləyirəm, çünki bizim yarış tempimiz ümidvericidir”.





