K.Sayns: Bolid gözləmədiyim şeylər edir

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, bolid hələ də gözləmədiyi şeylər edir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü ikinci sərbəst yürüşlərdə yerində fırlanaraq bariyerlərə çırpılıb.

Karlos Sayns: “Etdiyim qəzalardan razı deyiləm və onları təhlil edib, nəticə çıxarıram. Keçən il il bir neçə qəza etsəm də, daha sonra yaxşı performans göstərmişdim. Buna görə də bu zolaqdan necə çıxacağımı bilirəm.

Hazırda maşın haqqında öyrənməyə davam edirəm və yalan deməyəcəm, maşın məni çox təəccübləndirir. Hələ də idarə edə bilmədiyim şeylər olur. Bunları gerodə qoysam, sürətlənəcəm.

Tempim var və sürətliyəm. Düzdür, məyusam, çünki belə başlamaq mexaniklərimizin işini artırır. Ən pis bariyerlərə çırpıldım. Orada Tecpro bariyerləri yox idi. Beton idilər və yavaş çırpılsam da, bərk zərbə hiss etdim. Bizi çətin yarış gözləyir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*