15 Oktyabr 2019, Çərşənbə axşamı - 13:02

Honda: “2016-cı ildə daha bir komandanı mühərriklə təchiz edə bilərdik”

Honda: “2016-cı ildə daha bir komandanı mühərriklə təchiz edə bilərdik”

Müəllif: Elçin Zodorov, redaktor

22:37 - 08 Yanvar, 2016

Honda-nın avtoidman üzrə (Honda Motorsport) rəhbəri Yasuhisa Arai Ron Dennisdən fərqli olaraq, 2016-cı ildə daha bir komandaya mühərrik verə biləcəklərini deyib…

F-1.az xəbər verir ki, Red Bull komandası mühərrik üçün Mercedes və Ferrari-dən rədd cavabı  aldıqdan sonra Honda-ya üz tutmuşdu. Honda Motorsport buna razı olsa da, McLaren Group-un başçısı Ron Dennis veto haqqından istifadə edərək bunun qarşısını almışdı.

Bu barədə danışan Yasuhisa Arai bildirib: “Biz hər zaman başqa komandanı da mühərriklə təchiz edə bilərik. McLaren komandası ilə olan müqavilənin detalları barədə danışmaq istəmirəm, amma bizdən əlavə bir və ya iki komanda mühərrik istəsə, bunu McLaren ilə müzakirə edəcəyik. İki komandaya mühərrik versək, etibarlılılıq sahəsində inkişaf edə bilərik”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 593
Teqlər , , , , , ,
Paylaş

logo