H.Marko: “Renault-dan razıyıq”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko Renault motorçularının indiyə qədər gördüyü işlərdən razı qaldıqlarını bildirib.

F-1.az xatırladır ki, o, bir neçə gün əvvəlki açıqlamasında da RB12-nin Red Bull-un indiyə qədərki ən yaxşı şassisi olduğunu demişdi.

Helmut Marko: “Maşın gözlədiyimizdən daha yaxşıdır. Amma ən əsası, biz Renault-nun qış ərzində gördüyü işlərdən razıyıq. Etibarlılıq cəhətdən irəliyə doğru böyük addım atdılar. Biz də TAG Heuer-lə müqavilə bağlayaraq yaxşı addım atdıq. Kanada yarışından əvvələ planlaşdırılmış yeniliklər var. Ondan sonra pilotlarımızı dəfələrlə podiumda görə bilərik”.

Sabiq Formula1 pilotu Gerhard Berger onun bu sözlərinə təəccüblənib: “Helmut Renault-nu bu qədər tərifləyirsə, deməli, mühərrik xeyli güclənib”.

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*