D.Rikkardo: “Bolid mükəmməl idi”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Çində çətin yarış gözlədiyi halda gözəl nəticə qazanıb.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Çində sıralanma turunda 5-ci olsa da, bugünkü yarışın startında Rəykköneni qabaqlayaraq 4-cü yerə yüksəlib. Amma 27 yaşlı sürücü yarışın gedişatında 2-ci yerə qədər yüksəlsə də, Fettel və Ferstappenin gerisinə düşüb və yarışı 4-cü yerdə bitirib.

Daniel Rikkardo: “Bolidin balansı üzərində çox işləyə bilməsək də, hər şey qaydasında görünürdü. Ferrari ilə mübarizə apara biləcəyimizi gördük və Mercedes də çox uzaqda deyildi. Təbii ki, bugünkü hava şəraitinin də təsiri oldu. Əks halda iki Ferrari-ni arxamda tuta bilməzdim. Amma nəticə çox gözəl idi. Son dövrələrdə Maksa çoxlu hücumlar etsəm də, onu ötə bilmədim və podiumsuz qaldım. Onu da təbrik edirəm. Ümid edirəm ki, növbəti yarışda ikimiz birdən podiumda olarıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*