C.Rassell polşalılardan küsüb

Bu il Formula1-də debüt edən Corc Rassell bildirib ki, komanda yoldaşı Robert Kubitsanın fanatlarından pis rəylər alır.

F-1.az xatırladır ki, Williams-da yarışan britaniyalı sürücü bu il Kubitsadan daha yaxşı performans göstərir və bəzi iddialara əsasən komanda polşalı sürücüyə daha zəif maşın verir.

Corc Rassell: “Polşalı fanatların nifrət dolu rəyləri məni incidir. Mənə maraqlı olan Williams və Mercedes-in performansımı bəyənməsidir. Polşalı fanatlardan başqa heç kim mənə nifrət dolu sözlər yazmırlar. Ümid edirəm ki, bir gün mənim də elə güclü fanatların olar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*