Berni Ekklstoun: Azərbaycan Qran Prisi 2016-cı ildə baş tutacaq

Hələ mart ayında məlum olmuşdu ki, yaxın illərdə ölkəmizin paytaxtı Bakıda Formula1 mərhələsi keçirilə bilər.

F-1.az xəbər verir ki, təşkilatçılar istəyirdilər ki, yarış artıq 2015-ci ildə baş tutsun, amma alternativ ssenari üzrə ilk milli Qran Pri bir il təxirə salına bilərdi – sonda məhz bu variant seçilib.

Forbes-a müsahibəsində F1-in kommersiya başçısı Berni Ekklstoun (Bernie Ecclestone) təsdiq edib ki, Bakıda ilk yarış 2016-cı ildə keçiriləcək. Amma Berni yenə də təqvimdən hansı yarışın çıxarılması barədə heç nə söyləməyib. 2015-ci ildə çempionata Meksika yarışının qayıtmasını nəzərə alsaq, onda təqvimdə 20-dən çox yarışın olmasını görürürk.

Çempionatın təqviminə daha bir namizəd olan Nyu Cersi Qran Prisinin təşkilatçıları isə, ümumiyyətlə, bu ideyadan vaz keçməli olublar – onlar zəruri olan maliyyə dəstəyi toplaya bilməyiblər. Berninin fikrincə, əgər təşkilatçılar pul tapsalar, ən yaxşı halda bu yarış da 2016-cı ildə təqvimdə debüt edə bilər…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*