Avstriya-2022: Üçüncü stüard – Vitantonio Liutsi

Hər il olduğu kimi, FİA bu dəfə də Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edir. Şpilberqdə stüardlara kömək etmək üçün FİA italiyalı sürücü Vitantonio Liutsini dəvət edib.

Liutsi Formula1 ilə yanaşı, Super Formula, Super GT, FİA dözümlülük yarışları kimi seriyalarda özünü sınayıb. F1-də 2005-2007-ci illərdə yarışan sürücü 2 il fasilə verikdən sonra yenidən avtoidmanın şahına qayıdıb və 2011-ci ilə qədər mübarizə aparıb. Bu müddətdə Red Bull, Toro Rosso, Force İndia HRT komandalarının tərkibində yarışıb və 80 yarışda start alıb. Ən yaxşı nəticələri 2005-ci ildə Çin, 2010-cu ildə isə Koreya yarışlarında əldə etdiyi altıncılıqdır.

F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Vitnatonio ilə birlikdə həftəsonunun mübahisəli insidentlərini Amerika federasiyasının nümayəndəsi, McLaren komandasının keçmiş başçısının oğlu Tim Mayer və İspaniya avtoklubunun direktorlar şurasının üzvü, yeganə stüard qadın Silviya Bellot araşdıracaqlar.

Liutsi həm də Formula E seriyasında stüard kimi fəaliyyət göstərir. F1-də isə bu il artıq bir dəfə – İspaniyadakı yarışa təyinat alıb.

Bu il üçüncü stüard qismində Bəhreyn və Monakoda Derek Uorvik, S.Ərəbistanı və Avstraliyada Enrike Bernoldi, İmola və Bakıda Mika Salo, Mayami və Böyük Britaniyada Dənni Sallivan, Kanadada isə Emanuele Pirro iştirak edib.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*