19 Noyabr 2017, Bazar - 18:17

Avstraliya Qran Prisi: Sıralanma turu

Avstraliya Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:10 - 17 Mart, 2014

Əvvəl quru, sonra yağışlı. Buludlu. Havanın temperaturu +26° C, trasın temperaturu +26° C Mövsümün ilk sıralanma turu həmişə maraqla gözlənilir, […]

Əvvəl quru, sonra yağışlı. Buludlu. Havanın temperaturu +26° C, trasın temperaturu +26° C

Mövsümün ilk sıralanma turu həmişə maraqla gözlənilir, xüsusən də builki reqlamentdə ciddi dəyişikliklər fonunda. Bu gün komandalar ilk dəfə yeni maşınların sürətlərini az yanacaq ehtiyatı ilə müqayisə edə biliblər, hərçənd, hava nəticə çıxarmağa imkan verməyib…

Keçən il yağış üzündən Melburnda sıralanma turu iki günə uzanmışdı, bu dəfə də Albert Parkın səmasını buludlar örtüb, amma ilk sessiya quru asfaltda başlayıb. Sürücülər trasa tələsiblər. Hücum edərkən sürücülərin çoxu səhvə yol veriblər – yeni brake-by-wire əyləc sisteminə heç də hamı yaxşı öyrəşməyib, ona görə də trasdan çıxmalar çox olubŞ amma ciddi insident yaşanmayıb. Sessiyanın sonuna 6 dəqiqə qalmış yağış başlayıb və nəticələr dəyişməz qalıb.

Həmin anda protokollara Daniel Rikkardo başçılıq edib – 1:30.775, Lotus və Marussia komandaları tam heyətlə, eləcə də, Qutyerres və Erikson mübarizəni dayandırıblar. Maldonado iki dəfə cəhd etsə, sürətli dövrə göstərə bilməyib. Pastordan başqa bütün sürücülər 107%-lik səddi keçə biliblər.

Yağış qısamüddətli olub, amma trası kifayət qədər yaş edib. İkinci sessiyada sürücülər trasa keçd təkərlərlə çıxıblar. Trayektoriya tədricən quruyub, dövrədən dövrəyə nəticələr yaxşılaşıb – protokolların yüksək pilləsində sürücülər bir-birilərini əvəz ediblər: sonda Niko Rosberq hamıdan üstün olub – 1:42.264. Son dəqiqədə Kimi Rəykkönen üçüncü döngənin çıxışında maşını saxlaya bilməyib və qoruyucu baryerlərə çırpılıb.

Daniil Kvyat ilk sıralanma turunda son sessiyaya keçib, Sebastyan Fettel isə 2012-ci ilin Belçika Qran Prisindən sonra ilk dəfə ikinci sessiyada mübarizəni dayandırıb – onunla birlikdə Peres, Kobayaşi, Sutil, Rəykkönen və Batton da günü başa vurublar.

Fasilə zamanı yağış güclənib, ona görə də üçüncü sessiyada ilk cəhdə Alonsodan başqa digər sürücülər aır yağış təkərləri seçiblər, amma son cəhdində sürücülərin çoxu keçid təkərlərə qayıdıb. Sessiyanın sonunda Kvyat yerində fırlanıb və baryerlərə toxunub.

Protokollara isə son saniyələrdə Lyuis Həmilton başçılıq edib – 1:44.231, tribunlara toplaşan azarkeşləri Daniel Rikkardo sevindirib və ikinci nəticəni göstərib.

Həmilton karyerasında 32-ci poulunu qazanıb, Rikkardo isə karyerasının ən yaxşı nəticəsinə imza atıb. Sabah yarışa ikinci cərgədən Niko Rosberq və çempionatın debütantı Kevin Maqnussen başlayacaqlar. Sabah bizi maraqlı yarış gözləyir!

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01L.HəmiltonMercedes AMGMercedes071:31.699041:42.8901:44.231
02D.RikkardoRed BullRenault011:30.775021:42.2951:44.548+ 0.317
03N.RosberqMercedes AMGMercedes101:32.564011:42.2641:44.595+ 0.364
04K.MaqbussenMcLarenMercedes021:30.949051:43.2471:45.745+ 1.514
05F.AlonsoFerrariFerrari041:31.388031:42.8051:45.819+ 1.588
06J.E.VernToro RossoRenault111:33.488071:43.8491:45.864+ 1.633
07N.HülkenberqForce İndiaMercedes141:33.893061:43.6581:46.030+ 1.799
08D.KvyatToro RossoRenault131:33.777101:44.3311:47.368+ 3.137
09F.MassaWilliamsMercedes031:31.228091:44.2421:48.079+ 3.848
10V.BottasWilliamsMercedes061:31.601081:43.8521:48.147+ 3.916
11C.BattonMcLarenMercedes051:31.396111:44.437
12K.RəykkönenFerrariFerrari091:32.439121:44.494
13S.FettelRed BullRenault081:31.931131:44.668
14A.SutilSauberFerrari121:33.673141:45.655
15K.KobayaşiCaterhamRenault161:34.274151:45.867
16S.PeresForce İndiaMercedes151:34.141161:47.293
17M.ÇiltonMarussiaFerrari171:34.293
18J.ByankiMarussiaFerrari181:34.794
19E.QutyerresSauberFerrari191:35.117
20M.EriksonCaterhamRenault201:35.157
21R.QrojanLotusRenault211:36.993
22P.MaldonadoLotusRenault22

Avstraliya Qran Prisi: Sıralanma turu

Avstraliya Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:32 - 02 Aprel, 2013

Şənbə günü yağış, bazar günü qurumaqda olan tras. Buludlu. Havanın temperaturu +16° C, trasın temperaturu +16° C Mövsümün ilk sıralanma […]

Şənbə günü yağış, bazar günü qurumaqda olan tras. Buludlu. Havanın temperaturu +16° C, trasın temperaturu +16° C

Mövsümün ilk sıralanma turu iki günə uzanıb. Dünən Melburnda səmanın üzünü buludlar örtüb, güclü yağış yağıb və sürücülər yalnız sıralanma turunun birinci sessiyasını keçirə biliblər. Bəzi döngələrdə çaylar axıb, sıralanma turunun davamı bir neçə dəfə 10 və 20 dəqiqə təxirə salındıqdan sonra bazar günü səhərə təxirə salınıb.

İlk sessiyada insidentlər çox olub. Van der Qarde ön antiqanadını itirib və boksa qayıtmalı olub. Həmilton yerində fırlanaraq qoruyucu baryerə çırpılıb, arxa antiqanad zədələnsə də, Lyuis mühəndisin boksa çağırışına məhəl qoymayaraq trasda qalıb və sürətli dövrə göstərib. Massanın maşını daha ciddi zədələnib – yerində fırlandıqdan sonra maşın ön və arxa hissələri ilə baryerə çırpılıb, amma boksa səfərindən sonra braziliyalı sürücü işini davam etdirə bilib.

Bir müddət dayanan yağış sürücülərə keçid təkərlərlə trasa çıxmağa imkan verib. Birinci sessiyanın son dəqiqələrində Pik və Qutyerres qəzaya uğrayıblar. Protokollara isə Niko Rosberq başçılıq edib – 1:43.380, mübarizəni Marussia və Caterham-in sürücüləri ilə birlikdə Maldonado və Qutyerres dayandırıblar. Pik 107%-lik səddi aşa bilməyib.

Yağış yenə də güclənib. İkinci sessiyanın startı bir neçə dəfə təxirə salınıb, hava qaraldığı üçün ikinci və üçüncü sessiyalar bazar günü səhərə keçirilib – bu gün yerli vaxtla saat 11:00-da sürücülər mübarizəni davam etdiriblər.

Startdan əvvəl tras nəm olub, sürücülər keçid təkərlərlə trasa çıxıblar. Bəzi sürücülər slikə keçməyə tələsiblər. Protokollara Niko Rosberq başçılıq edib – 1:36.194, mübarizəni Hülkenberq, Sutil, Vern, Rikkardo, Peres və Bottas dayandırıblar.

Sonuncu sessiyanı sürücülər keçid təkərlərlə başlasalar da, sliklərlə başa vurublar, tras sürətlə quruduğu üçün hər dövrə nəticələr də yaxşılaşıb. Sonda poulu Sebastyan Fettel qazanıb – bu, almaniyalı sürücünün karyerasında 37-ci pouldur: 1:27.407. Mark Uebber ikinci olmaqla Red Bull-a ilk start cərgəsini zəbt etməyə imkan yaradıb. İkinci cərgədən isə Həmilton və Massa start alacaqlar. Mövsümün ilk yarışının startına bir neçə saat qalıb…

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01S.FettelRed BullRenault071:44.657071:36.7451:27.407
02M.UebberRed BullRenault051:44.472021:36.5241:27.827+ 0.420
03L.HəmiltonMercedes AMGMercedes101:45.456031:36.6251:28.087+ 0.680
04F.MassaFerrariFerrari061:44.635051:36.6661:28.490+ 1.083
05F.AlonsoFerrariFerrari021:43.850061:36.6911:28.493+ 1.086
06N.RosberqMercedes AMGMercedes011:43.380011:36.1941:28.523+ 1.116
07K.RəykkönenLotusRenault111:45.545091:37.5171:28.738+ 1.331
08R.QrojanLotusRenault031:44.284101:37.6411:29.013+ 1.606
09P.di RestaForce İndiaMercedes121:45.601081:36.9011:29.305+ 1.898
10C.BattonMcLarenMercedes081:44.688041:36.6441:30.357+ 2.950
11N.HülkenberqSauberFerrari131:45.930111:38.067
12A.SutilForce İndiaMercedes161:47.330121:38.134
13J.E.VernToro RossoFerrari091:44.871131:38.778
14D.RikkardoToro RossoFerrari141:46.450141:39.042
15S.PeresMcLarenMercedes041:44.300151:39.900
16V.BottasWilliamsRenault151:47.328161:40.290
17P.MaldonadoWilliamsRenault171:47.614
18E.QutyerresSauberFerrari181:47.776
19J.ByankiMarussiaCosworth191:48.147
20M.ÇiltonMarussiaCosworth201:48.909
21Q.van der QardeCaterhamRenault211:49.519
22Ş.PikCaterhamRenault221:50.626

Avstraliya Qran Prisi: Sıralanma turu

Avstraliya Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:28 - 17 Mart, 2012

Quru. Günəşli. Havanın temperaturu +19° C, trasın temperaturu +24° C Mövsümün ilk sıralanma turu yalnız sürücülərin startda düzümü deyil, məhz […]

Quru. Günəşli. Havanın temperaturu +19° C, trasın temperaturu +24° C

Mövsümün ilk sıralanma turu yalnız sürücülərin startda düzümü deyil, məhz bu andan başlayaraq mövsümdə qüvvələr nisbəti haqqında fikir formalaşır. Yerli vaxtla saat 17:00-da Melburnda komandalar yeni maşınlarını bərabər şəraitdə trasa göndəriblər – yumşaq təkərlərlə və minimum yanacaq ehtiyatı ilə.

Düzdür, Albert Park trası unikaldır və aerodinamikaya elə də tələbkar deyil – ilkin qiymət çox da obyektiv alınmır, əsas odur ki, bir aylıq şayiələrdən və araşdırmalardan sonra ilk öbyektiv göstərici peyda olub – bir dövrəyə vaxt sərfi.

Sessiyanın əvvəlində paddokda həyəcan hiss olunub, Timo Qlok trasa birinci yönəlib. Sıralanma turunun ilk sessiyasında yeni komandaların (artıq yeni demək də alınmır) sürücüləri ilə birlikdə Kimi Rəykkönen mübarizəni dayandırıb. Finlandiyalı sürücü sabah yarışa 18-ci yerdən başlayacaq. HRT sürücüləri gözlənildiyi kimi 107%-lik səddi aşa bilməyiblər. Protokollara isə Kamui Kobayaşi başçılıq edib.

İkinci sessiyada Fernando Alonso sürətli dövrəsini başa vurduqdan sonra trasdan çıxıb – əylənmədə maşın kənara çəkilib, yerində fırlanıb və çınqıllı sahədə ilişib qalıb. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Alonsonun komanda yoldaşı Felipe Massa da mübarizəni dayandırmalı olub. Ferrai komandası ekspertlərin gözlədiyi kimi çox zəif çıxış edib. Ferrari sürücüləri ilə yanaşı Vern, Senna, di Resta və Sauber sürücüləri mübarizəni dayandırıblar. Protokollara isə Niko Rosberq başçılıq edib.

Sonuncu sessiyada poul uğrunda gərgin mübarizə gedib, amma elə ilk cəhdində Lyuis Həmiltonun nəticəsi hamını heyrətləndirib, bu nəticəni heç kim keçə bilməyib. Onun komanda yoldaşı Censon batton MP4-27-nin potensialını təsdiq edərək ikinci olub. Mövsümün ilk yarışına McLaren sürücüləri ilk cərgədən başlayacaqlar. Qrojan isə gözlənilmədən üçüncü nəticəyə imza atıb.

Son iki ilin favoritləri olan Red Bull sürücüləri yalnız 3-cü cərgəni tuta biliblər – Mark Uebber Sebastyan Fetteli qabaqlaya bilib. Mixael Şumaher isə Formula1-ə qayıtdıqdan sonra ən yüksək nəticəsini göstərərk sabah yarışa 4-cü yerdən qatılacaq.

Yarış çox maraqlı olacaq!

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01L.HəmiltonMcLarenMercedes091:26.800031:25.6261:24.922
02C.BattonMcLarenMercedes111:26.832041:25.6631:25.074+ 0.152
03R.QrojanLotusRenault031:26.498051:25.8451:25.302+ 0.380
04M.ŞumaherMercedes AMGMercedes041:26.586021:25.5711:25.336+ 0.414
05M.UebberRed BullRenault141:27.117081:26.2971:25.651+ 0.729
06S.FettelRed BullRenault081:26.773061:25.9821:25.668+ 0.746
07N.RosberqMercedes AMGMercedes071:26.763011:25.4691:25.686+ 0.764
08P.MaldonadoWilliamsRenault101:26.803071:26.2061:25.908+ 0.986
09N.HülkenberqForce İndiaMercedes151:27.464091:26.3141:26.451+ 1.529
10D.RikkardoToro RossoFerrari131:27.024101:26.319
11J.E.VernToro RossoFerrari021:26.493111:26.429
12F.AlonsoFerrariFerrari061:26.688121:26.494
13K.KobayaşiSauberFerrari011:26.182131:26.590
14B.SennaWilliamsRenault121:27.004141:26.663
15P.di RestaForce İndiaMercedes161:27.469151:27.086
16F.MassaFerrariFerrari171:27.633161:27.497
17S.PeresSauberFerrari051:26.59617
18K.RəykkönenLotusRenault181:27.758
19H.KovalaynenCaterhamRenault191:28.679
20V.PetrovCaterhamRenault201:29.018
21T.QlokMarussiaCosworth211:30.923
22Ş.PikMarussiaCosworth221:31.670
23P.de la RosaHRTCosworth231:33.495
24N.KartikeyanHRTCosworth241:33.643

Avstraliya Qran Prisi: Sıralanma turu

Avstraliya Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:15 - 26 Mart, 2011

Quru. Buludlu. Havanın temperaturu +16° C, trasın temperaturu +19° C Mövsümün ilk sıralanma turu həmişə maraq doğurur – eyni şəraitdə […]

Quru. Buludlu. Havanın temperaturu +16° C, trasın temperaturu +19° C

Mövsümün ilk sıralanma turu həmişə maraq doğurur – eyni şəraitdə maşınları müqayisə etməyin ilk imkanını heç kim qaçırmaq istəmir. Mövsümöncəsi testlərdə komandalar öz proqramları üzrə işləyiblər, onların real sürəti isə yalnız sıralanma turunda məlum olmalı idi.

Birinci sessiyada protokollara Sebastyan Fettel başçılıq edib – 1:25.296, bu nəticədən 107% hesablanıb və məlum olub ki, yalnız Hispania sürücüləri sabah yarışın startına çıxa bilməyəcəklər. Keçən il adət etdiyimiz kimi keçənilki yeni komandaların bütün sürücüləri birinci sessiyada mübarizəni dayandırıblar. Gözlənilmədən Lotus renault GP-nin sürücüsü Nik Haydfeld də mübarizədən kənar qalıb.

İkinci sessiya başlayan kimi Rubens Barrikello üçüncü döngədə trasdan çıxıb, sarı bayraqlar üzündən trasa çıxmış sürücülər boksa qayıtmalı olublar. Sessiyanın sonunda isə Adrian Sutil sonuncu döngənin çıxışında fırlanıb, amma baryerlərə çırpılmadan qurtula bilib. Protokollara isə yenə də Fettel başçılıq edib – 1:24.090, mübarizəni isə Şumaher, Algersuari, Peres, di Resta, Maldonado, Sutil və Barrikello dayandırıblar.

Sonuncu sessiyada boksdan çıxan Felipe Massa yerində fırlanıb, amma hər şey yaxşı qurtarıb. Sebastyan Fettel isə bu dəfə hamıdan sürətli olub, sonuncu dünya çempionu karyerasında 16-cı poulunu qazanıb – ikinci yeri tutan Lyuis Həmilton liderə 0.778 saniyə uduzub. Startda ikinci cərgəni də Red Bull və McLaren sürücülri təşkil edəcəklər – Mark Uebber startda Lyuisi keçməyə cəhd edəcək…

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01S.FettelRed BullRenault011:25.296011:24.0901:23.529
02L.HəmiltonMcLarenMercedes021:25.384021:24.5951:24.307+ 0.778
03M.UebberRed BullRenault091:25.900031:24.6581:24.395+ 0.866
04C.BattonMcLarenMercedes081:25.886041:24.9571:24.779+ 1.250
05F.AlonsoFerrariFerrari041:25.707051:25.2421:24.974+ 1.445
06V.PetrovLotus Renault GPRenault031:25.543071:25.5821:25.247+ 1.718
07N.RosberqMercedes GPMercedes071:25.856081:25.6061:25.421+ 1.892
08F.MassaFerrariFerrari111:26.031091:25.6111:25.599+ 2.070
09K.KobayaşiSauberFerrari051:25.717061:25.4051:25.626+ 2.097
10S.BuemiToro RossoFerrari121:26.232101:25.8821:27.066+ 3.537
11M.ŞumaherMercedes GPMercedes101:25.962111:25.971
12X.AlgersuariToro RossoFerrari161:26.620121:26.103
13S.PeresSauberFerrari061:25.812131:26.108
14P.di RestaForce İndiaMercedes171:27.222141:26.739
15P.MaldonadoWilliamsCosworth151:26.298151:26.768
16A.SutilForce İndiaMercedes131:26.245161:31.407
17R.BarrikelloWilliamsCosworth141:26.27017
18N.HaydfeldLotus Renault GPRenault181:27.239
19H.KovalaynenTeam LotusRenault191:29.254
20Y.TrulliTeam LotusRenault201:29.342
21T.QlokMarussia VirginCosworth211:29.858
22J.D’AmbrozioMarussia VirginCosworth221:30.822
23V.LiutsiHispaniaCosworth231:32.978
24N.KartikeyanHispaniaCosworth241:34.293

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 165
Teqlər , , , , , , ,
Paylaş

logo