Karlos Sayns: “Madrinq çox çətin trasdir. Mənim pilotaj etdiyim ən mürəkkəb traslardan biridir. Burada sürücülərə asan olmayacaq. Bu tras özündə Ciddə və Bakının xüsusiyyətlərini birləşdirir, bunlar isə sürücülər üçün ən çətin iki trasdır, üstəgəl, Sinqapur elementləri də var. Amma mən yalnız assosiasiyalardan danışıram – onun özünəməxsus xarakteri var.
Əgər illər əvvəl madridli balaca oğlana desəydilər ki, o, Formula1-ə yüksələcək və üstəlik, Qran Prinin bu şəhərə qayıtmasına kömək edəcək, buna əsla inanmazdım. Təkcə bu faktın özü mənim karyeramda çox böyük bir mərhələdir.
Yeni trasın üstünlüyü ondadır ki, burada sürprizlər mümkündür. Təəssüf ki, bu il biz kifayət qədər rəqabətədavamlı deyilik, azarkeşləri əla nəticə ilə sevindirəcək səviyyədə çıxış etmirik. Amma tamaşaçılar bizim idman növünü və bu mərhələni sevdikləri müddətdə onların qarşıdakı ən azı beş-on il ərzində bu mərhələyə gəlib mənim burada necə çıxış etdiyimi görmək şansı olacaq”.





