17 Yanvar 2019, Cümə axşamı - 21:09

Rəsmən: Mauritsio Arrivabene Ferrari-ni tərk edib

Rəsmən: Mauritsio Arrivabene Ferrari-ni tərk edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:14 - 07 Yanvar, 2019

İtaliya mətbuatının səhər yaydığı xəbər axşam rəsmən təsdiq olunub – Mauritsio Arrivabene komandanın başçısı vəzifəsindən gedib.

F-1.az bildirir ki, Ferrari komandası bu barədə rəsmi bəyanat yayaraq elan edib ki, qərar dərhal qüvvəyə minir və Ferrari-nin yeni başçısı Mattia Binotto təyin olunub, Mattia, eyni zamanda, komandanın texniki direktoru postunu da əlində saxlayıb.

Komandanın yaydığı bəyanatda deyilir: “Komandaya dörd il ərzində sadiqlik nümayiş etdirməklə özünü tam işə həsr edən Mauritsio Arrivabene komandadan ayrılır. Qərar şirkətin idarəediciləri tərəfindən uzun müzakirələrdən sonra qəbul edilib – qərar həm Mauritsionun uzunmüddətli şəxsi maraqlarını, həm də komandanın maraqlarını nəzərə alıb.

Ferrari Mauritsioya son illərdə komandanın rəqabətədavamlılığını artırmaq yolunda dəyərli töhfəsinə görə təşəkkür edir. Ona gələcək karyerasında uğur arzulayırıq.

Komandanın başçısı vəzifəsini Mattia Binotto icra edəcək – qərar dərhal qüvvəyə minir. Bütün texniki bölmələr birbaşa Mattiaya tabeçilikdə qalırlar…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 315
Teqlər ,
Paylaş

logo