Red Bull-un şassisi də çarpma testlərini keçib

F-1.az bildirir ki, bu barədə Ədrian Nyui məlumat verib.

Bu il reqlamentə əsasən, şassilərdə ciddi dəyişikliklər olacaq. Buna görə də FİA-nın məcburi çarpma (krəş) testlərindən vaxtında və problemsiz keçmək olduqca vacibdir. Biz Force İndia, HaasToro Rosso-nun çarpma testlərindən keçdiyini xəbər vermişdik. Ədrian Nyui RB13-ün də testlərdən keçdiyini bildirib.

Ədrian Nyui: “Dizayn tamamlanıb, testlərdən keçmişik, indi isə istehsal mərhələsindəyik”.

Xatırladaq ki, qış testləri fevralın 27-də Barselonada start götürəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*