McLaren MP4-31-in şəkilləri internetə sızıb

McLaren komandasının 2016-cı il mövsümü üçün hazırladığı MP4-31-in şəkilləri vaxtından əvvəl internetə sızıb...

F-1.az xəbər verir ki, McLaren Honda-nın yeni bolidinin günorta təqdim edilməsi gözlənilirdi, amma F1Fanatic saytı bu gecə bolidin şəkillərini yayıb.

Şəkillərə diqqətlə baxsaq, McLaren-in ön tərəfdə S-Duct hava kanalından istifadə etdiyini və arxa tərəfdə “sıfır ölçü” dizaynından əl çəkmədiyini görərik.

McLaren keçənilki rəng çalarlarını qoruyub. Bolidin üzərindəki TAG Heuer loqotiplərini Richard Mille loqoları əvəz edib. Ondan başqa biz bolidin üzərində yeni sponsorlardan biri olan Chandon-un da loqolarını görürük.

Komandanın rəsmi təqdimatı bu gün Bakı vaxtı ilə 14:00-da olacaq…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*