M.Həkkinen: “Mercedes Monakoda çətinlik çəkəcək”

Formula1 üzrə ikiqat Dünya Çempionu Mika Həkkinen bildirib ki, Ferrari və Red Bull komandaları Monakoda Mercedes üçün ciddi rəqib ola bilərlər.

F-1.az xatırladır ki, “gümüşü oxlar” bu il bütün yarışlarda qələbə dublu ediblər. Builki bolidin yavaş döngələrdəki sürəti nəzərə alındıqda, almanların Monakoda da rahat qələbə qazanacağı düşünülür.

Mika Həkkinen: “Monako bundan əvvəlki Barselonadan fərqlidir. Özünə məxsus trasdır. Red Bull keçən il orada qalib gəldi. 2017-ci ildə isə Ferrari qazandı. İki komanda da bu il səbirsizliklə Monakonu gözləyirlər. Ferstappen Mercedes-i məğlub edən ilk sürücü olmaq istəyir və Red Bull komandasının Monakoda çox sürətli olacağını düşünürəm. Lekler də Monte Karlonun küçələrində Mercedes-lə mübarizə apara bilər. Bu, onun ev yarışıdır. Bu il kiçik səhvləri oldu və qələbəni mexaniki problemə görə əldən verdi. Bir də Fettelimiz var. Dördqat Dünya Çempionudur və Monakoda iki dəfə qalib gəlib. Son dövrlərdə çox tənqid olunsa da, bu il çempion ola bilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*