M.Ferstappen: Çətin və gözəl idi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Mayamidən qələbə ilə ayrıldığı üçün sevinclidir.

veF-1.az xatırladır ki, niderlandlı sürücü Mayamidə Leklerlə mübarizədən qələbə ilə ayrılıb və mövsümdə 3-cü dəfə qalib gəlib.

Maks Ferstappen: “Yarış inanılmaz keçdi. Fiziki cəhətdən çətin yarış idi, amma son ana qədər həyəcanlı mübarizə oldu. Sonlarda çıxan təhlükəsizlik maşını işimizi çətinləşdirdi. Yarışı daha rahat qazana bilərdik. Yenə də problem deyil. Son hissədəki mübarizə həyəcanlı idi. gözəl və çətin idi. Son 15 dövrədə yarışın bitməsini istəyirdim. Fiziki cəhətdən də çətin idi.

Medium təkərlərlə çox güclü idik. Tempimiz Ferrari-dən yaxşı idi. O təkərlə fərq aça bildik. Hard təkərlə isə mübarizə çox yaxın keçdi. Burada qalib gəldiyim üçün çox sevincliyəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*