23 Oktyabr 2019, Çərşənbə - 16:53

FİA komandaları günahlandırıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

23:17 - 17 İyun, 2009

FİA-nın mətbuat xidməti “FOTA” adlı qısa reliz dərc edib, relizdə keçən həftənin cümə axşamı, dünya çempionatının iştirakçıları siyahısının dərc olunması […]

FİA-nın mətbuat xidməti “FOTA” adlı qısa reliz dərc edib, relizdə keçən həftənin cümə axşamı, dünya çempionatının iştirakçıları siyahısının dərc olunması ərəfəsində baş tutan danışıqların məğzi şərh olunub. FOTA komandaları ərizə verməklə müəyyən şərtlər irəli sürüblər – yeni Razılıq Müqaviləsinin bağlanması və hamı üçün eyni olan reqlament. FİA nümayəndələri əmin edirlər ki, bu məsələlər komandalarla razılaşdırılıb, amma FOTA-nın daxilində tərəfələrin razılığına mane olan fraksiya var…

“Keçən cümə axşamı FİA prezidenti FOTA nümayəndələri ilə görüşüb: Ross Braun (Brawn GP), Stefano Domenikali (Ferrari), Kristian Horner (Red Bull), Con Hauett (Toyota) və Simone Perillo (FOTA). Görüş zamanı FPTA nümayəndələri FİA-nın çempionata yeni komanda cəlb etmə səylərini qiymətləndiriblər. Tərəflər gələn il üçün texniki reqlamenti müzakirə ediblər, reqlament yeni komandalara köhnə komandalar tərəfindən köməyə icazə verir. FOTA və FİA məsrəflərin azaldılması üçün bəzi təklifləri də müzakirə ediblər.

Yaranmış problemləri həll etmək üçün FİA təklif edib ki, Razılıq Müqaviləsinin müddəti 1998-ci ildən 2014-cü ilədək uzadılsın. Görüş iştirakçıları bu təklifləri FOTA-nın digər üzvlərinə də çatdırmağa boyun olublar.

FİA hesab edir ki, tərəflər konstruktiv danışıqlar keçiriblər, amam bizi bəzi FOTA üzvləri təəccübləndirirlər, onlar bu görüşdə iştirak etməsələr belə, yalandan məlumat yayıblar ki, görüşdə heç bir razılaşma əldə olunmayıb və danışıqlar sadəcə vaxt itkisi olub. Çox güman ki, FOTA-da istənilən razılığa qarşı köklənmiş fraksiya var.

FİA FOTA ilə danışıqların təfərrüatlı hesabatlarını dərc etməyi planlaşdırır…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 324
Teqlər
Paylaş

logo