F.Alonso: “Tezliklə qərar verəcəm”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, 4 həftəlik tətildə alternativləri dəyərləndirib qərar verəcək.

F-1.az xatırladır ki, ispaniyalı sürücünün McLaren komandası ilə müqaviləsi ilin sonunda bitir və hazırda 36 yaşlı sürücünün adı Ferrari, Renault və Mercedes kimi komandalarla hallanır.

Fernando Alonso: “Yay tətilində 2018-ci il barədə düşünəcəm. Daha əvvəl də dediyim kimi sentyabr və ya oktyabrda son qərarımı verməyi planlaşdırıram. Buna görə də hər şeyi xırda detalına qədər düşünməliyəm. Artıq qalib gəlmək istəyirəm. Hələ də karyeramın zirvəsindəyəm və vaxtımı ziyan etməməliyəm. Ümid edirəm ki, hamı üçün faydalı bir yol taparıq və yenidən qələbələr qazanaram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*