C.Battonun növbəti mövsümdə istifadə edəcəyi dəbilqənin dizaynı məlum olub

McLaren-in çempion pilotu Censon Batton bir neçə gün əvvəl öz şəxsi tvitter bloqunda növbəti mövsümdə istifadə edəcəyi dəbilqənin dizaynı ilə bağlı səsvermə başlatmışdı.

F-1.az xəbər verir ki, səsvermə 2 dəbilqə arasında keçirilirdi. Onlardan biri, pilotun 2013-cü ildə istifadə etdiyi, üzərində Böyük Britaniya bayrağı əks olunan dəbilqə, digəri isə, 2015-ci ildə itifadə etdiyi ağ-qırmızı rənglərə boyanmış dəbilqə idi.

Fanatlar 71% səslə 2013-cü ildə istifadə olunan dəbilqəni seçiblər. Battonun növbəti mövsümdə dəbilqəsinin dizaynı 2013-cü ildəki kimi olacaq.

Qeyd edək ki, keçən idən pilotların dəbilqələrinin dizaynını mövsüm ərzində dəyişmələri qadağan olunub.

 

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*