Beş sürücünün güc qurğusunda dəyişikliklər olub

Macarıstan Qran Pisindən əvvəl beş sürücünün güc qurğusunda dəyişikliklər edilib.

F-1.az bildirir ki, Hunqarorinq mühərriyə qarşı tələbkar olmadığı üçün əksəriyyət düşünürdü ki, heç kəs güc qurğusunda dəyişikliklər etməyəcək. Çünki komandalar əksər hallarda belə dəyişiklikləri Montsa ya da SPA traslarındakı yarışlardan əvvəl edirlər. Ancaq belə olmayıb.

Maks Ferstappen Britaniyadakı qəzasından sonra bu gün 4-cü qazburaxma sisteminə keçib. Yuki Tsunoda ilə Pyer Qasli də Maks kimi 4-cü, Esteban Okon 7-ci qazburaxma sistemlərini götürüblər. Fernando Alonso isə bu il üçüncü MGU-H generatoruna keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*