19 Dekabr 2018, Çərşənbə - 01:22

Macarıstan Qran Prisi: Birinci sərbəst yürüşlər

Macarıstan Qran Prisi: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:08 - 25 İyul, 2015

Quru. Günəşli. Havanın temperaturu +27°-28° C, trasın temperaturu +39°-46° C Nahardan əvvəl iki komanda test sürücüsü ilə çalışıb – sükan […]

Quru. Günəşli. Havanın temperaturu +27°-28° C, trasın temperaturu +39°-46° C

Nahardan əvvəl iki komanda test sürücüsü ilə çalışıb – sükan arxasına GP2 seriyasının son iki çempionu oturublar: Lotus komandasında mövsümdə 6-cı dəfə Roman Qrojanı 2014-cü ilin çempionu Colion Palmer, Manor komandasında isə Roberto Merhini 2013-cü ilin çempionu Fabio Lyaymer əvəzləyib.

Lotus komandasının sessiyada iştirakı sual altında olub – komanda Pirelli şirkətinin haqqını ödəmədiyi üçün təkərsiz qalıb, problem isə sessiyanın başlamasına bir saat qalmış həll olunub: təkərlər gəlsə də, onların qızdırılması və işçi temperatura çatdırılması zaman tələb edib. Ona görə də Palmer tam işləyə bilməyib.

Adətən, Macarıstan trasında asfalt cümə günü tozlu, çirkli və sürüşkən olur, ona görə də komandalar sazlanmaların axtarışını 2-ci sessiyaya saxlayıblar – 1-ci sessiyada isə aerodinamik yeniliklərin effektliyinə qiymət veriblər: maşınlar trasa müxtəlif ölçmə cihazları və aerodinamik boya ilə çıxıblar.

Məşqlərin bir saatının tamamında qırmızı bayraqlar dalğalanıb – Serxio Peres porebrikin üzərində maşının arxa asılqanının sınması üzündən idarəetməni itirib və baryerlərə çırpılaraq açıb. Serxio maşını özü tərk edib, amma qaydalara görə tibbi mərkəzə göndərilib və sonra komandanın boksuna qayıdıb. Maşın ciddi zədələnib, onun təxliyyəsi xeyli vaxt aparıb.

İkinci dəfə qırmızı bayraqlar sessiyanın sonunda göstərilib – 12-ci döngənin çıxışında gözlənilmədən Kimi Rəykkönenin maşınında ön antiqanad sınıb. Sessiyanın finişinə 1 dəqiqə qalmış restart verilib və bəzi sürücülər start proseduruna hazırlaşmaq üçün trasa çıxıblar.

Protokollara isə Lyuis Həmilton başçılıq edib – 1:25.141 (keçənilki nəticəni 0.7 saniyə yaxşılaşdırıb), ən çox məsafəni isə Maks Ferstappen qət edib. F-1.az xatırladır ki, nahardan sonra Formula1 məşqləri davam edəcək.

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01L.HəmiltonMercedes AMGMercedes1:25.14118
02N.RosberqMercedes AMGMercedes1:25.250+ 0.10922
03K.RəykkönenFerrariFerrari1:25.812+ 0.67123
04D.RikkardoRed BullRenault1:26.053+ 0.91220
05D.KvyatRed BullRenault1:26.070+ 0.92917
06S.FettelFerrariFerrari1:26.395+ 1.25414
07K.SaynsToro RossoRenault1:26.727+ 1.58625
08S.PeresForce İndiaMercedes1:26.776+ 1.63514
09V.BottasWilliamsMercedes1:26.825+ 1.68419
10M.FerstappenToro RossoRenault1:26.934+ 1.79327
11F.AlonsoMcLarenHonda1:27.272+ 2.13116
12C.BattonMcLarenHonda1:27.308+ 2.16717
13N.HülkenberqForce İndiaMercedes1:27.317+ 2.17611
14F.MassaWilliamsMercedes1:27.381+ 2.24019
15F.NasrSauberFerrari1:27.409+ 2.26824
16M.EriksonSauberFerrari1:27.732+ 2.59123
17P.MaldonadoLotusMercedes1:28.568+ 3.4279
18U.StivensManorFerrari1:29.693+ 4.55217
19F.LyaymerManorFerrari1:30.631+ 5.49018
20C.PalmerLotusMercedes4

Macarıstan Qran Prisi: Birinci sərbəst yürüşlər

Macarıstan Qran Prisi: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:04 - 26 İyul, 2013

Quru. Günəşli. Havanın temperaturu +29°-30° C, trasın temperaturu +38°-44° C Bu gün səhər çox isti olub, sürücülər trasa çıxmağa başlayanda […]

Quru. Günəşli. Havanın temperaturu +29°-30° C, trasın temperaturu +38°-44° C

Bu gün səhər çox isti olub, sürücülər trasa çıxmağa başlayanda Hunqarorinqdə asfalt örütüyünün temperaturu +40 dərəcəyə çatıb. Macar trası çox az istifadə olunur, ona görə də trasın vəziyyəti yaxşı olmayıb və top-komandaların sürücüləri boksları tərk etməyə tələsməyiblər.

Marussia-da Mak Çiltonu sükan arxasında Rodolfo Qonsales əvəz edib, qalan komandalar əsas sürücüləri ilə işləyiblər.

Bu Qran Pridən başlayaraq komandalar yeni Pirelli təkərlərindən istifadə edəcəklər – 2012-ci ilin konstruksiyası və 2013-cü ilin tərkibi, Hunqarorinqdə yeni Medium və Soft debüt ediblər.

Ciddi insident baş verməyib, Jan Erik Vern 4-cü döngədə trasdan çıxsa da, problemsiz geri qayıda bilib. Protokollara Sebastyan Fettel başçılıq edib, Mercedes AMG süürücüləri keçən həftə Silverstounda testlərdə işləmədikləri üçün bu gün ən böyük məsafə qət ediblər.

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01S.FettelRed BullRenault1:22.72319
02M.UebberRed BullRenault1:22.982+ 0.25924
03K.RəykkönenLotusRenault1:23.010+ 0.28720
04F.AlonsoFerrariFerrari1:23.099+ 0.37622
05R.QrojanLotusRenault1:23.111+ 0.38820
06C.BattonMcLarenMercedes1:23.370+ 0.64726
07A.SutilForce İndiaMercedes1:23.390+ 0.66720
08N.RosberqMercedes AMGMercedes1:23.531+ 0.80828
09S.PeresMcLarenMercedes1:23.591+ 0.86826
10P.MaldonadoWilliamsRenault1:23.911+ 1.18821
11E.QutyerresSauberFerrari1:24.119+ 1.39621
12V.BottasWilliamsRenault1:24.150+ 1.42727
13L.HəmiltonMercedes AMGMercedes1:24.157+ 1.43428
14J.E.VernToro RossoFerrari1:24.204+ 1.48115
15F.MassaFerrariFerrari1:24.299+ 1.57619
16N.HülkenberqSauberFerrari1:24.314+ 1.59123
17D.RikkardoToro RossoFerrari1:24.383+ 1.66024
18P.di RestaForce İndiaMercedes1:24.608+ 1.88521
19Ş.PikCaterhamRenault1:25.827+ 3.10424
20Q.van der QardeCaterhamRenault1:26.808+ 4.08525
21J.ByankiMarussiaCosworth1:27.617+ 4.89420
22R.QonsalesMarussiaCosworth1:28.927+ 6.20425

Macarıstan Qran Prisi: Birinci sərbəst yürüşlər

Macarıstan Qran Prisi: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:50 - 29 İyul, 2012

Quru. Günəşli. Havanın temperaturu +26°-27° C, trasın temperaturu +35°-38° C Silverstoun və Hokkenhaymda cümə sərbəst yürüşlərində komandaların işinə yağış mane […]

Quru. Günəşli. Havanın temperaturu +26°-27° C, trasın temperaturu +35°-38° C

Silverstoun və Hokkenhaymda cümə sərbəst yürüşlərində komandaların işinə yağış mane olmuşdu, Budapeştdə isə bu gün səhər isti olub.

Trasın vəziyyəti yaxşı olmayıb, amma komandalar hazırladıqları yeniliklərin effektliklərini qiymətləndirə biliblər – maşınlar trasa müxtəlif ölçü cihazları ilə çıxıblar. Bəzi komandalar hətta bir aylıq fasilədən sonra cütləşmiş Spa və Monsa yarışları üçün hazırladıqları yenilikləri də yoxlayıblar.

Üç komandada gəc sürücülər işləyiblər – Bottas Williams-da Sennanı, Byanki Force İndia-da Hülkenberqi və Klos HRT-də Kartikeyanı əvəzləyib.

Sessiya insidentsiz ötüşüb, protokollara isə Lyuis Həmilton başçılıq edib – 1:22.821…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01L.HəmiltonMcLarenMercedes1:22.82130
02C.BattonMcLarenMercedes1:22.922+ 0.10124
03F.AlonsoFerrariFerrari1:23.397+ 0.57624
04N.RosberqMercedes AMGMercedes1:23.628+ 0.80729
05R.QrojanLotusRenault1:23.633+ 0.81224
06M.ŞumaherMercedes AMGMercedes1:23.845+ 1.02426
07F.MassaFerrariFerrari1:23.904+ 1.08325
08K.RəykkönenLotusRenault1:23.983+ 1.16224
09V.BottasWilliamsRenault1:24.152+ 1.33124
10S.PeresSauberFerrari1:24.268+ 1.44727
11P.MaldonadoWilliamsRenault1:24.300+ 1.47923
12K.KobayaşiSauberFerrari1:24.394+ 1.57319
13M.UebberRed BullRenault1:24.546+ 1.72524
14P.di RestaForce İndiaMercedes1:24.559+ 1.73822
15S.FettelRed BullRenault1:24.608+ 1.78725
16D.RikkardoToro RossoFerrari1:25.354+ 2.53325
17J.E.VernToro RossoFerrari1:25.559+ 2.73827
18J.ByankiForce İndiaMercedes1:25.715+ 2.89426
19V.PetrovCaterhamRenault1:26.440+ 3.61927
20Ş.PikMarussiaCosworth1:26.705+ 3.88423
21H.KovalaynenCaterhamRenault1:26.755+ 3.93428
22T.QlokMarussiaCosworth1:27.015+ 4.19424
23P.de la RosaHRTCosworth1:27.101+ 4.28021
24D.KlosHRTCosworth1:28.176+ 5.35524

Macarıstan Qran Prisi: Birinci sərbəst yürüşlər

Macarıstan Qran Prisi: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:21 - 23 Avqust, 2011

Quru. Buludlu. Havanın temperaturu +21° C, trasın temperaturu +23° C Gecə yağan yağışdan sonra tras çirkli və sürüşkən olub, ona […]

Quru. Buludlu. Havanın temperaturu +21° C, trasın temperaturu +23° C

Gecə yağan yağışdan sonra tras çirkli və sürüşkən olub, ona görə də komandalar trasa tələsməyiblər, sessiyanın gedişində isə bir çox sürücülər trasdan çıxmalı olublar.

Bu gün səhər Bruno Senna yarış uik-endində Lotus Renault GP-nin sükanı arxasında debüt edib, Adrian Sutil isə yerini Niko Hülkenberqə verib, Yarno Trulli öz maşınının sükanı arxasına qayıdıb – italiyalı sürücü sükanın yeni hidrogücləndiricisini yoxlayıb.

Porebriklər sürüşkən olduğu üçün sürücülər risk etməyiblər, Mark Uebber isə 9-cu döngədə trasdan çıxaraq maşının burnunu sındırıb. Protokollara Lyuis Həmilton başçılıq edib…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01L.HəmiltonMcLarenMercedes1:23.35019
02S.FettelRed BullRenault1:23.564+ 0.21424
03F.AlonsoFerrariFerrari1:23.642+ 0.29229
04M.UebberRed BullRenault1:23.666+ 0.31612
05C.BattonMcLarenMercedes1:23.772+ 0.42220
06F.MassaFerrariFerrari1:24.115+ 0.76525
07N.RosberqMercedes GPMercedes1:24.250+ 0.90022
08M.ŞumaherMercedes GPMercedes1:24.369+ 1.01920
09S.PeresSauberFerrari1:24.620+ 1.27024
10V.PetrovLotus Renault GPRenault1:25.093+ 1.74322
11K.KobayaşiSauberFerrari1:25.113+ 1.76321
12P.di RestaForce İndiaMercedes1:25.336+ 1.98622
13N.HülkenberqForce İndiaMercedes1:25.357+ 2.00717
14R.BarrikelloWilliamsCosworth1:25.836+ 2.48624
15B.SennaLotus Renault GPRenault1:25.855+ 2.50525
16S.BuemiToro RossoFerrari1:25.890+ 2.54028
17X.AlgersuariToro RossoFerrari1:26.099+ 2.74936
18P.MaldonadoWilliamsCosworth1:26.124+ 2.77425
19H.KovalaynenTeam LotusRenault1:26.878+ 3.52826
20Y.TrulliTeam LotusRenault1:27.352+ 4.00221
21T.QlokMarussia VirginCosworth1:28.533+ 5.18330
22J.D’AmbrozioMarussia VirginCosworth1:28.903+ 5.55322
23V.LiutsiHispaniaCosworth1:29.059+ 5.70924
24D.RikkardoHispaniaCosworth1:29.904+ 6.55426

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 463
Teqlər , , , , ,
Paylaş

logo