18 Oktyabr 2018, Cümə axşamı - 14:09

Kanada-2018: Günün sürücüsü – Sebastyan Fettel

Kanada-2018: Günün sürücüsü – Sebastyan Fettel

Müəllif: Elçin Zodorov, redaktor

00:17 - 11 İyun, 2018

2016-cı ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarışın sonlarına yaxın çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, pouldan start alan, rəqiblərinə hücum şansı verməyən, yarışın sonuna qədər üstünlüyünü qoruyaraq mövsümdə üçüncü, karyerasında isə 50-ci qələbəsini qazanan Ferrari-nin sürücüsü Sebastyan Fettel “Günün Sürücüsü” seçilib. Alman sürücü bu il ilk dəfə bu ada layiq görülsə də, keçən il 7 dəfə yarışın ən yaxşısı seçilmişdu. Ümumilikdə isə, artıq 11-ci dəfə azarkeşlərin rəğbətini qazanan Fettel bu saya görə lider olan Maks Ferstappenə çatıb.

Qeyd edək ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarışın son 10 dövrəsi ərzində Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

YarışGünün Sürücüsü
Avstraliya Qran PrisiFernando Alonso
Bəhreyn Qran PrisiPyer Qasli
Çin Qran PrisiDaniel Rikkardo
Azərbaycan Qran PrisiŞarl Lekler
İspaniya Qran PrisiLyuis Həmilton
Monako Qran PrisiDaniel Rikkardo
Kanada Qran PrisiSebastyan Fettel

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 104
Teqlər , , , ,
Paylaş

logo