Y.Ferstappen: “Red Bull vaxtımızı alır”

Maks Ferstsppenin atası Yos bildirib ki, artıq Red Bull-a inanmırlar.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” bu mövsüm bəzi yarışlarda güclü olsa da, mövsümün ikimci yarısında Ferrari və Mercedes-dən geri qalıb.

Yos Ferstappen: “Ön qrupa yaxın olmalı idik, amma vəziyyət düşündüyümüzdən pisdir. Yay tətilindən əvvəl yaxşı yarışlar keçirtdik, ancaq tətildən sonra inkişaf yoxdur. Şassidə və mühərrikdə geridə qalırıq. Gələn il çempion olmaqçün bu iki şeyi təkmilləşdirməliyik. Maks məyusdur. Əlindən gələni edir, ancaq ondan asılı deyil. Yaxşı bolidlə çempionluq uğrunda mübarizə apara bilər.

Əgər komanda fərqi bağlaya bilməsə, gələn ili də itirəcəyik. Bu il çox işləsək də, fərqi bağlaya bilmədik. Bəs gələn il necə olacaq? Komanda çempionluq üçün dəyişikliklər etməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*