RƏSMƏN: Builki təqvimdə boş yeri Qətər Qran Prisi tutacaq

Dohadakı yarış 19-21 Noyabr tarixlərində baş tutacaq və təqvimdə 20-ci yarış olacaq.

Əvvəldən də gözlənildiyi kimi, Qətər yarışının çempionatda debütü rəsmən təsdiqlənib. Beynəlxalq Loseyl Avtodromu builki yarışa evsahibliyi edəcək. Düzdür, bu tras MotoGP çempionatında 18 il yer alır və gecə yarışları keçirildiyi halda, F1 yarışının günün hansı hissəsində keçiriləcəyi barədə heç nə deyilməyib.

Bundan başqa 2023-cü ildən başlayaraq 10 il müddətində ölkədə davamlı F1 yarışı baş tutacaq – 2022-ci ildə ölkənin başı futbol üzrə Dünya Çempionatına qarışacaq. Amma bu onillik müqavilənin hansı trasa aid olması sonradan açıqlanacaq…

P.S. 2009-cu ildə bu Loseyldə GP Asia çempionatının bir mərhələsi (2 yarış) baş tutmuşdu. O zaman podiumun zirvəsinə Niko Hülkenberq və Serxio Peres qalxmışdılar…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*