P.de la Rosa: “McLaren-i tanıya bilmirəm”

Sabiq Formula1 sürücüsü Pedro de la Rosa bildirib ki, McLaren komandasının təkcə adı qalıb.

F-1.az xatırladır ki, McLaren 2015-ci ildə Honda ilə birləşdikdən sonra 47 yarışda 31 dəfə damalı bayrağı görə bilməyib və ən yaxşı nəticəsi 5-cilik olub. Britaniyalılar bu il keçirilən 7 yarışdan sonra xal ala bilməyən yeganə kollektivdirlər.

Pedro de la Rosa: “Hazırkı McLaren komandasını tanıya bilmirəm. Yaxşı işçiləri və dostlarım var. Lakin mən orada olanda işlədiyim 80 nəfər artıq Ferrari, Mercedes və Red Bull-un uğurları üçün tər tökürlər. Əsl McLaren komandasının sadəcə adı qalıb.

Alonsonun ora keçərək səhv etdiyini deyə bilmərəm bunu özü bilər və bir gün bunu öyrənəcək. O vaxt Ferrari-dən ayrılmalı idi. McLaren-ə getdiyi üçün onu mühakimə edə bilmərəm, lakin, Ferrari ilə işləməsi də artıq mümkünsüz idi.

Fernandonun qərarı ilə bağlı fikrim yoxdur. Düşünmək üçün çox tezdir və məncə, Alonso hələ də McLaren Honda layihəsinə fokuslanıb”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*